Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

Avropalı deputatlar Ukraynaya qarşı viza rejimini götürməyə çağırıblar


Foto arxiv
Foto arxiv
Avropa Parlamenti hesab edir ki, Ukrayna hökuməti ilə müxalifət arasında dialoq üçün yüksək səviyyədə vasitəçilik lazımdır.Bu barədə Avropa Parlamentinin cümə axşamı Strasburqda keçirilən plenar iclasında qəbul edilən qətnamədə bildirilir.

Hesabat müəllifləri həmçinin oktyabrın 9-da təhlükəsialik qüvvələrinin müxalifət partiyaları və müstəqil KİV-lərin ofislərinə hücum etməsi, habeı nümayişçilərin saxlanması və onlara zorakılıq göstərilməsini pisləyib.

Deputatlar Avropa Birliyi ölkələrini Ukrayna vətəndaşlarına vizasız rejim tətbiq edilməsi ilə bağlı qərar qəbul etməyə çağırıblar.Onlar həmçinin Rusiyanın Ukraynaya mümkün siyasi və iqtisadi təzyiqlərinə qarşı tədbirlər hazırlamağa çağırıblar.
XS
SM
MD
LG