Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:04

Elektrik enerjisinin qiyməti qalxmayacaq


-
“Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən heç bir təklif verilməyib”.

Bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib. Məlumatı APA yayıb.

Etibar Pirverdiyev deyib ki, yanacağın qiyməti qalxsa da, elektrik enerjisinin qiymətində artım gözlənilmir:

“Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı da yoxdur”.

Qışla bağlı elektrik enerjisinin verilməsində fasilələrin yaranacağını istisna etməyən ASC prezidenti, belə hallara qarşı tədbirlər gördüklərini vurğulayıb.
XS
SM
MD
LG