Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:45

Pakistanda bazarda narın Quran səhifələrinə bükülüb satılması bir nəfərin ölümünə gətirib


Pakistanın Kvetta şəhərinin bazarında qəzəblənmiş kütlə bir nəfəri öldürüb, 3 nəfəri yaralayıb.

İğtişaşa səbəb İrandan gələn narın Quran səhifələrinə bükülüb satılması olub. Şiələr əleyhinə şüarlar qışqıran kütlə hökumətin istintaq aparmasını tələb edib. Onların fikrincə, nar İrandan Quran səhifələrinə bükülmüş gələ bilərdi.

Hökumət isə hesab edir ki, bu, provokasiya da ola bilər. Məqsəd Kvettada yerli şiə xəzərlərlə sünni əksəriyyət arasına nifaq salmaq ola bilər.
XS
SM
MD
LG