Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:59

Türkiyədə etirazçılara qarşı ittiham irəli sürülüb


Türkiyədə etiraz aksiyası
Türkiyədə etiraz aksiyası
Türkiyədə iyunda keçirilən kütləvi etiraz aksiyaları zamanı saxlanan 255 nəfərə qarşı ittiham irəli sürülüb.Onlar qanunsuz nümayiş keçirmək, hökumət nümayəndələrinə qarşı zor işlətmək, ictimai nəqliyatın hərəkətini əngəlləmək və digər cinayətlərdə ittiham olunurlar.

İyun nümayişlərində azı 6 nəfər ölüb, 8 min nəfər xəsarət alıb.

3 həftə davam edən aksiyalarda baş nazir Rejep Tayyip Erdoganın istefası tələb olunurdu.

Aksiyalar İstanbulun “Gezi” parkında yeni ticarət mərkəzinin tikintisinə etirazla başlamışdı.
XS
SM
MD
LG