Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:58

Kiyevdə xüsusi təyinatlılar hökumət binalarına gedən yolları kəsib


Ukrayna, Kiyev
Ukrayna, Kiyev
-
Kiyevdə xüsusi təyinatlılar hökumət binalarının yerləşdiyi əraziyə gedən yolları tamamilə kəsib. Ərazidə 20 milis avtobusu var.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, əraziyə yalnız elit avtomobillərin daxil olmasına icazə verilir. Adamlar isə ancaq vəsiqələri ilə buraxılır.

Müxalifət fəalları “Berkut” və daxili qoşunların əməkdaşlarının Müstəqillik meydanını bağlamaq niyyətində olduqlarını istisna etmirlər. Həmin meydanda nümayişçilərin fasiləsiz aksiyası keçirilir.

Ötən gecə Kiyevdə nümayişçilərlə xüsusi təyinatlı milis əməkdaşları arasında baş verən qarşıdurma zamanı azı 10 nəfər xəsarət alıb.

Milis və daxili qoşunların hərbçiləri hökumət binaları yerləşdiyi ərazidə etirazçıların qurduqları çadır şəhərciklərini və barrikadaları dağıdıb. Bundan sonra nümayişçilər Müstəqillik meydanına keçiblər.

Yaxın saatlarda prezident Viktor Yanukovych və ondan əvvəlki 3 prezident - Viktor Yushchenko, Leonid KravchukLeonid Kuchma ölkədəki vəziyyəti müzakirə etmək üçün görüşəcək.

Prezident və müxalifət liderləri ilə görüşmək üçün ABŞ dövlət katibinin müavini Victoriya Nuland və Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherina Ashton bu gün Kiyevə gəlir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG