Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:55

Milli Məclis sədrinin maaşı artırılır


Spiker Oqtay Əsədov
Spiker Oqtay Əsədov
-
​Milli Məclisdən APA agentliyinə verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. Layihə Milli Məclisin 17 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli Məclisinin hazırkı sədri Oqtay Əsədovdur.

“TARİF ŞURASININ QƏRARI SON DEYİL...”

“Bizim Yol” qəzeti bu başlıqla deputat Jalə Əliyeva ilə müsahibə dərc edib.

Qəzetin deputata verdiyi qarşıda elektrik enerjisinin, sərnişin nəqliyyatının qiymətinin qalxacağı ilə bağlı suala Jalə Əliyeva belə cavab verib: “Axı bu labüddür. Bilirsiniz, kənardan danışmaq çox asandır, mən də əvvəllər elə bilirdim ki, Milli Məclisdə oturub fikir yürütmək, qəhrəman olmaq çox asandır”.

“DÖRD AYDIR YATAQDAN DURA BİLMİRƏM, YARALARIM BİTİŞMİR”

Söhrab Tahir
Söhrab Tahir
“Xəstəliyim sağalmayıb, yaram bitişmir. Dörd aydan çoxdu ki, yataqdan dura bilmirəm”.

Bunu Modern.az saytına müsahibəsində 87 yaşlı xalq şairi Söhrab Tahir deyib.

Şair deyib ki, “əməliyyat olunmuşam, barmaqlarımı kəsiblər, yara dörd ay bir həftədir ki, bitişmir. Türkiyədən də dərman gətiriblər, amma yenə xeyri yoxdur. Həkimlər də deyir ki, darıxma sağalacaq. Şəkərim də var. Şəkər yaranın bitişməsinə mane olur”.

AZƏRBAYCANDA AVTOMOBİLLƏRİN QİYMƏTİ UCUZLAŞIB

“Azadlıq” qəzeti yazır ki, satıcılar səbəbi alıcıların azlığı ilə əlaqələndirir.

Qəzet yazır ki, yanacağın bahalaşması maşın bazarına da təsir göstərib, qiymətlər düşüb. “Bakı Avtomobil Satış Mərkəzinə baş çəkdik. Satışa çıxarılan avtomobillərin çoxu Gürcüstan və Almaniyadan gətirilir. Satıcılar bildirir ki, son 5-6 ayda alıcıların azalması müşahidə olunur. Avtomobillərin qiyməti isə 1000-1500 manat ucuzlaşıb”.

LEYLA ƏLİYEVANIN TƏŞƏBBÜSÜ GÜRCÜSTANDA YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

Gürcüstanın ekologiya və təbii sərvətlərin mühafizəsi naziri Xatuna Qoqaladze azərbaycanlı həmkarına məktub göndərərək IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası ilə bağlı gördüyü işlərə görə təşəkkür edib.

Trend-in məlumatına görə, Gürcüstanın Ekologiya və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi bu yaxınlarda 10 başdan ibarət ilk ceyran sürüsünün Azərbaycandan Gürcüstana reintroduksiya edilməsini yüksək qiymətləndirib və əməkdaşlığa görə minnətdarlığını çatdırıb.

ELŞAD ABDULLAYEV SÜKUTU POZDU

Elşad Abdullayev
Elşad Abdullayev
“Gülər Əhmədovanın cinayəti siyasi sifarişdir, zərərçəkmiş kimi nəticədən razı deyiləm”.

Bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində ABU-nun sabiq rektoru Elşad Abdullayev deyib. Bildirib ki, “onlar məni faktiki zərərçəkən kimi tanımasalar da, mən zərərçəkmişəm”.

“Gülər Əhmədova adi xuliqanlıq hadisəsi törədib 3 il həbs cəzası almayıb ki. Bu, ağır cinayətdir. Əsaslandırırlar ki, bunun ailəsi var. Bağışlayın, bizim ailəmiz, uşağımız, yüzlərlə Gülər Əhmədovadan ziyan çəkmiş şəxslərin ailəsi, uşağı yoxdur? Biz insan deyilik?

Gülər Əhmədova universitetdə iki-üç il dərs deyib. Mən 1979-cu ildən ölkədən çıxan günə qədər BDU-nun hüquq fakültəsində müəllimlik eləmişəm. Mənim pedaqoji stajım Gülər Əhmədovanın yaşı qədərdir. Bizim ailəmiz yoxdur, biz insan deyilik? Oğurlanmış MTN zabiti Mahir Abdullayevin ailəsi, uşaqları yoxdu”?

BAKI DÜNYANIN ƏN GÖZƏL, ƏN RAHAT ŞƏHƏRLƏRİNDƏN BİRİ KİMİ TANINIR

“Azərbaycan” qəzeti yazır ki,
Paytaxt Bakı
Paytaxt Bakı
“Bakının özü kimi ətraf qəsəbələri də xeyli dəyişib.

Dünya standartlarına cavab verən yeni yollar, müasir xəstəxanalar, məktəblər, uşaq bağçaları, ictimai binalar, bir-birindən yaraşıqlı şəxsi mülklər, sosial-məişət obyektləri və s. göz oxşayır.

Qəsəbələrdəki quruculuq və abadlıq işləri sakinlərin firavan həyat şəraitindən xəbər verir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG