Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:04

Ukrayna dərsləri [Video]


-


Hüquq müdafiəçisi Leyla Yunus, siyasi şərhçi Altay Göyüşov və Ukraynadan qayıdan jurnalist Aynur İmranova Ukraynada baş verənləri müzakirə ediblər.

Leyla Yunus ukraynalıların dövlətçilik hissi və dəyanətini yüksək qiymətləndirir:

«Məncə, əsas xalqın dəyanəti və dövlətçilik hissidir. Ukraynalılar hər zaman müstəqillik uğrunda mübarizə aparıblar… Onlar sübut etmək istəyirlər ki, müstəqil dövlət, müstəqil millətdirlər…».

Aynur İmranova Ukraynada müşahidə etdiklərini bölüşür:

«Ukrayna xalqının tələbi ilk öncə Rusiyanın caynağından xilas olmaqdır. Onlar hər kəsi özünə hörmət etməyə məcbur edir. Heç kimin geri çəkilmək fikri yoxdur. Axşamlar hər kəs işdən çıxıb «Maydan»a gedir. İnsanlar hətta çadırlara da girmirlər. Dilənçilər, bomjlar belə yığdıqları pullarla çörək, kolbasa alıb, buterbrodlar hazırlayıb insanlara paylayırlar. Ukrayna xalqının vətənpərvərlikdən başqa heç nəyi yoxdur. Azərbaycanlılar isə yalnız pafoslu yazmağı və danışmağı bacarırlar…».

Altay Göyüşov Ukraynada baş verənləri belə şərh edir:

«Rusiya öz nüfuzunu qonşu ölkələrə qəbul etdirmək, bölgəyə tam nəzarəti ələ keçirmək, bunu Avropaya qarşı alternativə çevirmək istəyir. Belə bir şəraitdə Ukrayna açıq təhlükə ilə üzləşir. Onu Gömrük İttifaqı, Avrasiya İttifaqı adlanan qurumlara cəlb etmək istəyirlər. Xalq başa düşür ki, avtoritar Rusiyayla müqayisədə demokratik dəyərlərə sahib Avropa daha cəlbedicidir. Ukrayna xalqı Avropaya inteqrasiya etmək istəyir və sonadək mübarizəyə hazırdır…».
XS
SM
MD
LG