Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

Hadı Rəcəbli: Qiymət artımı tıxacların qabağını qismən alacaq


Hadı Rəcəbli
Hadı Rəcəbli
-
«Populist addımlarla ölkə iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil». Bunu SalamNews-a müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
- Azərbaycanda yanacağın qiymətinin qaldırılmasına dair Tarif Şurası dekabrın 2-də qərar qəbul etdi. Bu, nə dərəcədə doğru idi?
- 2007-ci ildən bu yana dünyada bütün sahələr üzrə, xüsusilə enerji sahəsində qiymət artımı müşahidə edilib. Azərbaycanda isə qiymət dəyişməyib, sabit qalıb. Bunun nəticəsində iqtisadiyyatda dirçəliş olub. İndi Azərbaycanda neftən gələn gəlirlərin əksəriyyəti sosial məsələlərin həllinə yönəldilir. Azərbaycanda hər il sosial məsələlərin həllinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılır və bu, son illərdə heç vaxt azalmayıb. Bu gün qiymətlərin süni şəkildə artırılması tendensiyası yaranıb. Amma Tarif Şurasının qərarında yazılıb ki, qiymətləri suni surətdə artıran adamlara qarşı cəza tədbirləri görüləcək. Əlbəttə, bu işlə məşğul olan insanlar süni qiymət artımının qarşısını almalıdırlar.
- Yanacağın qiymətinin qaldırılmasının nəyəsə xeyri ola bilərmi?
Bütövlükdə yanacağın qiymətinin qalxmasının sosial məsələlərə, o cümlədən xalqın rifahına mənfi təsirini görməmişəm. Qiymət artımından gələn gəlirlər insanların əmək haqqının artırılmasına və digər sosial məsələlərə yönəldiləcək...
- İndi ölkədə xeyli sayda bahalı maşın sürənlər var. Bu avtomobillərini idarə edən adamların imkanları çatır ki, istənilən qiymətə yanacaq alsın. Əsasən, bu qrupdan olan insanlar üçün yanacağın qiymətinin bahalaşması lazımdır. Digər tərəfdən, bəzi insanlar səbəbsiz, məqsədsiz yerə maşınları küçələrdə sürürlər. Bu da tıxalcların yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, yanacağın qiymətinin artması bunun qabağını qismən alacaq. Eyni zamanda israfçılığın qarşısını alacaq. İnsanlar yanacağı qənaətlə işlətməlidirlər. Bütövlükdə yanacağın qiymətinin qalxmasının sosial məsələlərə, o cümlədən xalqın rifahına mənfi təsirini görməmişəm. Qiymət artımından gələn gəlirlər insanların əmək haqqının artırılmasına və digər sosial məsələlərə yönəldiləcək.
Yunanıstanda hökumət tərəfindən insanların xeyrinə populist addımlar atılması ucbatından indi bu ölkənin ÜDM-dən 3 dəfə çox, yəni 80 milyard avro borcu var. Populist addımlarla ölkə iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil. Bu addımlar 5 gün insanların xoşuna gələ bilər, amma gerçəklikdə çox problem yaradır. Ona görə də Azərbaycan hökumətinin bu addımının bütövlükdə əhalinin güzəranına mənfi təsiri yoxdur.
- Ümumiyyətlə, ölkədəki sosial vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycan keçmiş sovet məkanında və Şərqi Avropa ölkələrində sosial vəziyyətə görə ən sabit dövlətlərdən biridir. Bu gün ölkədə sosial durum başqa dövlətlərə nisbətən çox yaxşıdır. Buna baxmayaraq, ölkə başçısının məmurların və digər təbəqələrdən olan insanların qarşısında qoyduğu tələb vəziyyətin bundan da yaxşı olmasın çalışmaqdır. Bu gün İlham Əliyevin dövlət quruculuğu siyasətinin kökündə Azərbaycan xalqı durur və onun məqsədi insanlara xidmət göstərməkdir.
XS
SM
MD
LG