Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

9 yaşlı qız roman yazıb məşhurlaşdı - İnanılmaz


Daisy Ashford.uşaq yaşlarında
Daisy Ashford.uşaq yaşlarında
-

Yazılması müşkül əsərlər


Ingilis yazıçısı Daisy Ashford-un “The young visiters” romanı klassika sayılır.

Britaniya zənginlərinin həyatından bəhs edən və ilk dəfə 1919-cu ildə işıq üzü görən roman hələ də nəşr olunmaqda və satılmaqdadır.

Roman əsasında film də çəkilib. Bəlkə də bu, çox adamı təəccübləndirməz.

Məsələnin ən maraqlı tərəfi odur ki, bu romanı yazanda Daisy Ashford-un cəmi 9 yaşı vardı!!!

İndinin özündə də naşirlər mətndəki çoxsaylı səhvləri olduğu
"The young visiters"in əlyazması
"The young visiters"in əlyazması
kimi saxlayırlar.

O cümlədən əsərin adındakı səhvi – “visitors” ​əvəzinə “visiters”(qonaqlar).

İlk dəfə nəşr olunanda oxucular nəşriyyatın onları aldatmasını düşünməsin deyə kitaba məşhur şotland yazıçısı J. M. Barrie ön söz yazmışdı.

Əsərin qəhrəmanı kübar cəmiyyətə yol tapmaq istəyən 42 yaşlı Alfred Salteena və onun özündən yaşca xeyli kiçik olan sevgilisi Ethel-dir.

Cənab Salteena “qara camaat”dandır və kübar cəmiyyətə yol tapmaq üçün “əsl centlmenlər”dən kömək istəyir.

O gərək keçmişini gizlətsin, at sürməyi, ov ovlamağı, yaxşı geyinməyi, etiketləri öyrənsin.

Amma bu yöndə cəhdləri uğurlu olsa da, yarıyolda sevgilisini itirir, çünki Cənab Salteena Ethel-i,
Daisy Ashford
Daisy Ashford
kömək istədiyi “əsl centlmenlər”dən birinə təqdim etməklə səhv yol vermiş olur.

Qız həmin “əsl centlmen”ə aşiq olur…

Daisy Ashford yazarlığa uşaq yaşlarından başlasa da, 14 ​yaşında ikinci romana cəhd edəndən sonra yazarlığa son verib.

1972-ci ildə - 91 yaşında vəfat edib.

Ömrünün sonlarında memuar yazmağa başlasa da, sonradan həmin əlyazmaları məhv edib.

Romanı burda oxumaq olar.

Bu rubrikada həmçinin oxu

"Titanik"in batacağını əvvəlcədən görmüş yazıçını tanıyaq

“E” hərfi işlədilmədən yazılmış roman...

Ağzı, qolları, ayaqları iflic olsa da, roman yazır - Video

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG