Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 23:28

Klinikada ölüm hadisəsi araşdırılır


-
Özəl stomatoloji klinikada baş verən ölüm hadisəsi ilə əlaqədar «ehtiyatsızlıqdan adam öldürmə» maddəsi ilə cinayət işi açılıb.

Bu barədə dekabrın 7-də Bakı şəhər Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, «VİP Dental» özəl klinikanın həkim-stomatoloqu Baxış Hüseynov dekabrın 5-də Elçin Məmmədovun çənə nahiyəsində cərrahiyyə əməliyyatı apararkən pasiyentin səhhəti qəflətən pisləşib və vəfat edib.

Prokurorluq bildirir ki, ölümün səbəblərinin müəyyən edilməsi üçün ekspertizalar təyin edilib. Bundan əlavə, klinikanın fəaliyyətinin yoxlanılması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunub.
XS
SM
MD
LG