Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Bakıda «Yaşayan Yunus Əmrə» adlı elmi konfrans keçiriləcək


Yunus Əmrənin İstanbulda heykəli
Yunus Əmrənin İstanbulda heykəli
-
Dekabrın 9-da Bakıda türk sufi şeirinin görkəmli nümayəndəsi Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunan «Yaşayan Yunus Əmrə» beynəlxalq elmi konfrans keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbir Nizami adına Ədəbiyyat İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKSA) təşkilatçılığı ilə baş tutacaq.

Konfrans saat 10.00-da AMEA-nın əsas binasında açılacaq.

Yunus Əmrə türk şeirinin təməl daşlarından sayılır. O, şeirə ilk dəfə türk danışıq dilini gətirənlərdəndir.

Sufist şairin doğulduğu və öldüyü il barədə dəqiq bilgi yoxdur. Onun 1238-ci ildə doğulub, 1320-ci ildə dünyadan köçdüyünü yazanlar var.

Şeirlərinin toplandığı divan ölümündən 70 il sonra düzənlənib.

Aşkın Aldı Benden Beni
Aşkın aldı benden beni
Bana seni gerek seni
Ben yanarım dün ü günü
Bana seni gerek seni

Ne varlığa sevinirim
Ne yokluğa yerinirim
Aşkın ile avunurum
Bana seni gerek seni

Aşkın aşıklar oldurur
Aşk denizine daldırır
Tecelli ile doldurur
Bana seni gerek seni

Aşkın şarabından içem
Mecnun olup dağa düşem
Sensin dünü gün endişem
Bana seni gerek seni

Sufilere sohbet gerek
Ahilere ahret gerek
Mecnunlara Leyla gerek
Bana seni gerek seni

Eğer beni öldüreler
Külüm göğe savuralar
Toprağım anda çağıra
Bana seni gerek seni

Cennet cennet dedikleri
Birkaç köşkle birkaç huri
İsteyene Ver anları
Bana seni gerek seni

Yunus'dürür benim adım
Gün geçtikçe artar odum
İki cihanda maksudum
Bana seni gerek seni

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG