Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:06

Bu il 5000-dən çox qız uşağı erkən evlilik qurbanı olub


Arxiv foto
Arxiv foto
-
2013-cü ildə 5000-dən çox qız uşağı erkən evliliklərin qurbanı olub. 2012-ci ildə bu rəqəm təxminən 4000 idi. Bunu dekabrın 5-də Bakıda BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb nə nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi xanım Rəşidə Mancu bildirib. O, Bakı, Xaçmaz, Gəncə, Lənkəran, Sumqayıt və Qaradağa səfər də daxil olmaqla Azərbaycandakı 10 günlük missiyasının sonunda keçirdiyi mətbuat konfransında çıxış edib.

YARIM MİLYON SAHİBKARDAN 15%-İ QADINDIR


Məruzəçi Azərbaycanda qadınların siyasi həyatda iştirakının artdığını vurğulayıb. Belə ki, hal-hazırda Milli Məclisin 125 millət vəkili arasında Sədr Müavini də qadın olmaqla 19 qadın millət vəkili vardır. “Əldə edilmiş məlumatlara görə hazırda qeydiyyatdan keçmiş olan yarım milyon sahibkardan 15%-i qadındır”.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə 2012-ci ildə qadınlara qarşı 5478, 2011-ci ildə isə 6705 cinayət hadisəsi törədib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirib ki, 2011-ci ildə 87, 2012-ci ildə isə 105 qadın intihar edib, ancaq bu hadisələrlə bağlı heç bir izah verməyib. 2012-ci ildə qadın alveri ilə bağlı 89 hadisə aşkar edilib.

ERKƏN EVLİLİK, CİNSƏ GÖRƏ ABORT


Əsasən Cənub bölgəsinə xas olan erkən, məcburi və qeyri-rəsmi evliliklərin sayının artması narahatçılıq doğuran məsələ kimi davamlı olaraq vurğulanırdı. Dövlət Komitəsinin məlumatlarına görə 2013-cü ildə 5000-dən çox qız uşağı erkən evliliklərin qurbanı olub (2012-ci ildə bu rəqəm təxminən 4000 idi).

Məruzəçi bildirib ki, cinsi qısnama və cinsi zorakılıq qadınlara qarşı törədilən və həllini tapmalı olan zorakılıq hallarının digər nümunələridir.

Bəzi müsahiblərin fikrincə, cinsə görə uşaqların abort edilməsi hallarının sayı artıb və bu da cəmiyyətdə qadınlara və qız uşaqlarına verilən patriarxal dəyərin təzahürüdür. Həmin mənbələr bildirir ki, Azərbaycan cinsə görə abort hallarının üstünlük təşkil etdiyi ölkələr arasında ikinci yeri tutur. “Təəssüf ki, mən dövlət qurumlarından bu cür araşdırmaları təsdiq edəcək statistik məlumatları əldə edə bilmədim”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG