Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:25

İlham Əliyev – «İlin Xəzər dövlət adamı»


İlham Əliyev
İlham Əliyev
-
6 dekabr medianın icmalı

“Azərtac” xəbər verir ki, dekabrın 5-də İstanbulda keçirilən Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları təqdim olunub.

"İlin Xəzər dövlət adamı" mükafatına regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiq görülüb.

Mükafatı Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edib.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik naziri Binəli Yıldırım "İlin ən yaxşı layihəsinin icraçısı" mükafatına layiq görülmüşlər.

RÜSTƏM İBRAHİMBƏYOV ƏSƏB FAKTORU KİMİ

“Azadlıq” qəzetində dərc olunmuş yazıda qeyd olunur ki, Milli Şurada təmsil olan, onu dəstəkləyən bir qism anti-Rüstəm İbrahimbəyov təbliğatı ilə sanki hakimiyyətin Milli Şuranın eks-sədri, indiki fəxri sədri barədə yazdıqlarına legitimlik qazandırmağa hesablanıb.

Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
“Azərbaycanın dünyada ən tanınan şəxsiyyəti olan İbrahimbəyov ictimai-siyasi arenaya 2008-ci ildə elita barədə Rusiyanın “Pravda” nəşrində işıqlanan yazıları ilə fərqli qaydada gəldi.

Həmin yazıda İbrahimbəyov Azərbaycandakı siyasi quruluşu tənqid edirdi, Elitanın formalaşma mexanizminin kobud surətdə pozulduğunu bəyan edirdi. İbrahimbəyovun bu yazısı böyük ajiotaj yaratdı və hakimiyyətin bütün cəbhə boyu hücum və şantajı qarşısında nəinki geri çəkildi, əksinə, daha sərt, daha yaradıcı formada müxalifətçiliyə başladı.

Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, Milli Şura Rüstəm İbrahimbəyovun ideyasıdır, əlbəttə, onun qurulmasında ayrı-ayrı şəxslərin, partiyaların qiymətli səylərini gözardı etmədən bu bəyan edilməlidir”.

“ƏMİNİK Kİ, METROYA DA QAYIDACAĞIQ”

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov günün aktual mövzuları ilə bağlı «Bizim Yol» qəzetinin suallarını cavablandırıb.

- Prezident Administrasiyanın rəsmisi Əli Həsənov nəqliyyatda qəzet satışının terror təhlükəsinin qarşısının alınmasına mane olduğunu söyləyib. O zaman sual yaranır, kişi və qadın alt paltarları seksual təhlükə yaratmırmı?

Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov
- Gəl, belə deyək, alt paltarları, seksualı qoyaq kənara və sual edək, başqa məhsullar təhlükə yaratmırmı? Mətbuat Şurasında müzakirə zamanı bu məsələyə də toxunuldu, elə şey var ki, bunu mətbuat üçün demirəm, razısansa, səsləndirim?

- İmkan varsa, buyurun!

- İmkan var, deyirəm, şurada bildirildi ki, metrolardakı qəzet satış yerlərini başqa adamlara icarəyə veriblər. Yenidən qəzetləri qaytarmaq həmin qurum üçün çətin olacaq. Cavab olaraq bildirdik ki, bu məsələnin bizə aidiyyatı yoxdur, əgər başqa mal satılırsa, mənim qəzetim də satılsın.

Ən təhlükəsizi elə qəzetdir. Çünki 4 nazik səhifədən ibarət qəzetin arasında bomba düzəldib terror törətmək olmaz. Ancaq paltarların, uşaq oyuncaqlarının içində bomba gizlədib hər şey törətmək olar. Söhbət yalnız məndən yox, müstəqil mətbuatdan və dövlət başçısının məsələyə münasibətindən gedir.

Əminik ki, metroya da qayıdacağıq. Görünür, dərhal qayıda bilmirik, amma bu o demək deyil ki, biz öz dostumuz kimi dövlət başçısından xahiş edək, o, bizə dəstək və tapşırıq versin, amma icra olunmasın, biz isə sakit qalaq.

Bununla barışası deyilik. Ona görə nə qədər tezdir müvafiq qurumların rəhbərləri cənab prezidentin tövsiyəsindən və tapşırığından nəticə çıxarmalıdırlar. Yoxsa özləri üçün yaxşı olmayacaq.

GƏLƏN İL İNFLYASİYA 11-15 FAİZ OLA BİLƏR

Hökumətin makroiqtisadi göstəricilərinə görə, cari ildə inflyasiya həddi 3,3 faiz, gələn il üçün isə 3,5 faiz proqnozlaşdırılır. Amma dekabrın 2-də yanacağın qiymətinin 30 faiz bahalaşması bu proqnozu alt üst edə bilər.

Natiq Cəfərli
Natiq Cəfərli
Ekspertlər ikihədli inflyasiyanı qaçılmaz hesab edirlər. Bəs, benzinin və dizel yanacağının bahalaşması hansı mal və xidmətlərin qiymətlərinə təsir göstərə bilər?

İqtisadçı ekspert Natiq Cəfərli “Bizim yol” qəzetinə deyib ki, təqribi hesablamalara görə, 2014-cü il üçün inflyasiya səviyyəsi 11-15 faiz civarında olacaq:

«Əhaliyə ən çox təsir edəcək məqam ərzaq inflyasiyasıdır. Hətta rəsmi rəqəmlər də təsdiqləyir ki, ölkə əhalisi qazancının 70 faizini ərzağa xərcləyir. İnkişaf etmiş ölkələrdə bu, 10-12 faiz civarındadır. Azərbaycanda isə bu rəqəm kasıb ölkələr səviyyəsindədir. İndiki ərzaq bahalaşması isə əhalinin aztəminatlı qisminin yaşayış səviyyəsini daha da ağırlaşdıracaq».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG