Keçid linkləri

2017, 25 Fevral, şənbə, Bakı vaxtı 13:14

Kiyevdə avrointeqrasiya tərəfdarlarının etiraz aksiyaları davam edir


Kiyevdə aksiya

Kiyevdə aksiya

-
Bu gün – dekabrın 5-də səhər yüzlərlə aksiyaçı Nazirlər Kabinetinin binası önünə toplaşaraq hökumətin istefasını tələb edir. Piketə qatılanlar binaya əsas girişi bağlayıblar. Polis xidməti də öz növbəsində içəri girişi təmin etməyə çalışır.

Polis avtobuslardan yararlanaraq Ali Radaya gedən yolları qapadıb. Nümayişçilər Prezident Administrasiyasının yerləşdiyi Bank küçəsinə toplaşıblar.

Dünən müxalifət liderləri Kiyevdə etiraz aksiyalarının miqyasını genişləndirmək niyyətlərini açıqlayıblar. Dekabrın 1-də həbs olunmuş etirazçıların buraxılması üçün Daxili İşlər Nazirliyinin və məhkəmə binaları qarşısında piket keçirilməsi də planlaşdırılır.

Dekabrın 4-də axşam onlarla sürücü öz maşınları ilə xüsusi təyinatlı polisin – “Berkut”un binası önündə yığışaraq yolu bağlayıb və dayanmadan siqnal verib.

Onlar noyabrın 30-da “Berkut” əməkdaşlarının baş meydanda keçirilən aksiyanı amansızlıqla dağıtmasına etiraz ediblər. Həmin aksiya zamanı 200-dən çox aksiyaçı, eləcə də jurnalistlər xəsarət almışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG