Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:10

Tənqidçinin öldüyü klinikanın baş həkimi istefa verdi


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Bakı Slavyan Unuversitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının öldüyü “Medi Sina” klinikasının baş həkimi Abbas Bağırov işdən çıxıb.

Bunu zərərçəkənin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov mediaya açıqlamasında bildirdi.

Onun sözlərinə görə, Müvəkkil Hüquq Mərkəzində aparılan müstəqil təhqiqat klinikaya sorğu göndərərkən artıq A.Bağırovun orada işləmədiyi müəyyənləşib. “Ancaq onun vəzifəsindən istefa verməsi məsuliyyətdən qurtarması anlamı daşımır”, - deyə hüquqşünas qeyd etdi.

S.Vəkilov istintaqa ilk vəsatətlərini təqdim etdiyini də vurğuladı:

“İş materialları ilə artıq tanışam və bir qrup şəxsin dindirilməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevə vəsatət təqdim etmişəm. Hesab edirəm ki, istintaqın obyektiv aparılmasında həmin şəxslərin dindirilməsi mühüm əhəmiyyət kəsb edir”.

A.Bağırov bir müddət Aznews saytına müsahibəsində demişdi:

“Şayiə yayırlar ki, guya baş həkim hadisədən sonra qaçıb-gizlənir. Bu, tamamilə yanlış informasiyadır. Həmin hadisə mənim özümə də çox pis təsir edib. Ciddi bir əməliyyatda ölüm halı yaşansa, mənə bu qədər təsir etməzdi. Bu cür yüngül bir əməliyyatda gənc qadının həyatını itirməsi çox acınacaqlıdır. Həmin gün əməliyyatda üç həkim iştirak edib. Baş həkim -cərrah Mahir Məmmədov, asissent Fərəcullah İdrisov və anestezioloq Sirus İbrahimov. Hadisədə xüsusilə anestezioloqun səhvinin olması istisna deyil. Bununla belə, ölüm halının baş verməsinə müxtəlif səbəblər təsir edə bilər. Dəqiq nəticə Məhkəmə-Tibbi ekspertizasının yekun rəyindən sonra məlum olacaq. İlkin rəydə anestezioloqun səhvinin mövcudluğu göstərildiyinə görə, o, artıq bizim klinikadan azad edilib. Əməliyyata kim tərəfindən icazə verilməsinə gəldikdə, onu deyə bilərəm ki, həmin ərəfədə mən özüm də əməliyyat olunmuşdum. Xəstənin əməliyyatının bu klinikada baş tutması üçün razılıq anestezioloqla Mahir Məmmədovun danışığı nəticəsində əldə olunub. Hazırda Elnarə Niftəliyevanın dünyasını dəyişdiyi əməliyyat otağının qapısı istintaq qrupu tərəfindən möhürlənib”.

Elnarə Tofiqqızı bu il sentyabrın 20-də “Medi Sina” Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişib. Həyat yoldaşı Anar Niftəliyev həkimləri səhlənkarlıq və məsuliyyətsizlikdə suçlayır.

Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG