Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 06:52

John Kerry Ukrayna hökumətini öz xalqının səsini eşitməyə çağırıb


ABŞ Dövlət katibi John Kerry Ukrayna hökumətini öz xalqının səsini eşitməyə çağırıb. Reuters-in yazdığına görə, dövlət katibi belə bir bəyanatı Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə səsləndirib.

John Kerry həmçinin tərəfləri bir-birinə qarşı təmkinli olmağa çağırıb. O müasir avropa dövlətində zorakılığa yer olmadığını deyib.

Bir qədər əvvəl Ukraynanın baş naziri Mykola Azarov dayanmayan etiraz aksiyaları ilə bağlı Kiyevin Brüsselə və Moskvaya nümayəndə heyəti göndərəcəyini bildirib.

O qeyd edib ki, Brüsselə göndərilən nümayəndə heyəti Ukrayna üçün daha əlverişli şərtlərlə Avropa inteqrasiyası imzalanması məsələsini müzakirə edəcək.

Azarov həmçinin vurğulayıb ki, həmin nümayəndə heyəti Moskvaya da gedəcək və Rusiya ilə strateji əlaqələrin möhkəmləndilməsi məsələsi müzakirə olunacaq.
XS
SM
MD
LG