Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 11:10

“Yazı” jurnalının yeni sayı gəldi


-

Araz Gündüzün tərcüməsində bu ilki Nobel mükafatçısı Alice Munro-nun iki hekayəsi, bundan başqa Borges-dən, Joyce-dan, Marquez-dən, Platonovdan çevirmələr...

Bütün bunları 8-ci sayında “Yazı” ədəbiyyat dərgisi oxucularına təqdim edir.

Bu sayda Fərhad Yalquzağın “Dumana qarşı”, Ramilə Qurbanlının “Müharibə minatürləri” romanları, hərbu jurnalist Vahid Məhərrəmlinin “Ölüm vaxtı” povesti, bir də Ataqam, Sevinc Elsevər, Ümbülbanu, Mübariz Örən, Həmid Piri, Məhbubə və Azad Qaradərəlinin hekayələri də yer alıb.

Poeziya bölümündə isə Elşən Əzim, Yasemin Pulat, Fikrət Şahbazlı, Taleh Eminoğlu və Aynur Caviddən şeirlər oxuyun.

Niyazi Mehdinin, Mətanət Vahidin, Kənan Hacının elmi-tənqidi yazıları da 8-ci sayda!

Bir də rəssam Nəvai Metinin rəsmləri...

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayımı” və “Qasid”in köşklərindən əldə etmək mümkündür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG