Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:37

Ədəbiyyat bizə pulu necə xərcləməyi öyrədir


-

Maşınınızı satırsız?

İnanmazsınız, amma avtomobilinizi dəyərindən aşağı satmamaqda sizə məşhur rus yazıçısı Lev Tolstoy kömək edə bilər. Özünün “Anna Karenina”sı ilə…

Sən demə 19-cu əsr klassiklərinin əsərləri təkcə, fəlsəfi, əxlaqi, estetik yox, həm də maliyyə baxımından oxuculara çox şey öyrədə bilər.

Bunu ABŞ-ın “Wall Street Journal” qəzetinin yazarı Jeremy Olshan həmin klassiklərin əsərlərindən sitatlar gətirərək isbatlamağa çalışır.

KƏNDİ TANIMAYAN ŞƏHƏRLİ

“Anna Karenina” romanında moskvalı zadəgan Oblonski dostu Levinin əyalətdəki malikanəsinə qonaq gəlir. Levinə deyir ki, indicə, bir nəfərə torpaq sahəsi satıb və dostundan soruşur ki, bunu sərfəli sövdələşmə saymaq olarmı?

Levin ona bircə sual verir: Satdığı torpaq sahəsindəki ağacları saymışdımı? Oblonski deyir “yox”. Levin onu əmin edir ki, torpağı alan ağacları sayıb…

“Wall Street Journal” qəzetinin yazarı Jeremy Olshan yazir ki, maşınını satanların buraxdığı ən böyük səhv adətən, sahibi olduğu malın necə mal olduğunu ətraflı öyrənməmək olur: “Yalnız axmaq adam nəyisə onun əsl dəyərini bilmədən satır”.

PUL – HƏYATIN MƏQSƏDİ OLMAMALIDIR

Pulun mənasını anlamaqda isə sizə məşhur ingilis taciri, yazarı Daniel Defoe-nun “Robinzon Kruzo” romanı kömək edə bilər.

Gəmisi batan, kimsəsiz adaya sığınan Kruzo gəminin qalıqlarından əlinə nə keçirsə, istifadə etməyə çalışır. Ərzaq, alətlər, şərab… Nəhayət yaşamaq uğrunda mübarizədən qalib çıxan Kruzo günlərin bir günü qızıl sikkələr dolu xəzinə tapır.

“Mən pulları görəndə gülümsədim: “Ay yararsız mal”, - mən ucadan dedim, - “Sən mənim nəyimə lazımsan?... Mən səni nəyə sərf edim?”

“Morningstar” sərmayə araşdırmaları şirkətindən Don Phillips “Wall Street Journal” qəzetinin yazarı Jeremy Olshan-a deyir ki, dünya maliyyə sistemini çökdürən də elə bu oldu. Çünki pul qazanmaq dünyanın ən böyük iqtisadiyyatına malik Amerikanın maliyyə bazarlarında ı bir oyuna çevrilib. Hamı təhlükəyə məhəl qoymadan malik olduğu puldan qat-qat artığına sahiblənməyə çalışır.

BORCA GİRMƏYİN MƏSULİYYƏTİ

Flaubert-in “Madam Bovari”si isə məsuliyyətsizliyin acı nəticəsindən bəhs edir. Emma Bovari imkanı çatmadığı halda bahalı paltarları nisyə alır. Yaxşi yaşamaq istəyi qadının gözünü elə örtür ki, girdiyi borcun altından çıxa bilmir. Sonda çıxış yolunu zəhər içməkdə görür…

Hazırladı Rövşən Qəmbərov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG