Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Böyük Britaniyanın səfiri Naxçıvandadır


Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq
-
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Naxçıvanda iki günlük səfərdədir. Bu haqda AzadlıqRadiosuna Böyük Britaniya səfirliyindən məlumat verilib.

Məlumata görə bu, İrfan Siddiqin regionlara ilk səfəridir.

Səfir noyabrın 28-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla, daha sonra digər rəsmilərlə görüşüb. İrfan Siddiq Naxçıvan Dövlət Universitetində də olub və burada çıxış edib.

Səfirlikdən verilən məlumata görə Naxçıvana ilk səfər rəsmilərlə görüş və tanışlıq xarakterli olduğundan siyasi partiyalarla görüş nəzərdə tutulmur.
XS
SM
MD
LG