Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:36
Vilnüs Sammiti (soldan) Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Dalia Grybauskaite, Avropa Şurasının prezidenti Herman van Rompuy, Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso
Vilnüs Sammiti (soldan) Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Dalia Grybauskaite, Avropa Şurasının prezidenti Herman van Rompuy, Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso

Vilnüs sammitinin ilk sənədi imzalandı (Dəqiqəbədəqiqə)

Vilnüsdə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin sammitində ilk sənədləri artıq imzalanıb.

Müxbirimiz Vilnüs Sammitindədir. Onun göndərdiyi məlumatlarla xəbərləri yeniləyirik.
14:17 29.11.2013
VİZA SADƏLƏŞDİRİLMƏSİNDƏ BUNLAR NƏZƏRDƏ TUTULUR
Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsinə bəzi qruplardan olan şəxslərə vizaların verilməsi prosedurlarının sadələşdirilməsi, viza üçün tələb olunan sənədlərin sayının azaldılması nəzərdə tutulur.
Sənədin tam mətni ilə burada tanış olmaq olar.

Razılaşma gələn il həm Azərbaycan, həm də Avropa Birliyində təsdiq edildikdən sonra qüvvəyə minəcək.
14:11 29.11.2013
Avropa Birliyi Ukraynada ictimai dəstəyin çox böyük olduğunu vurğulayır

Vilnüsdəki müxbirimiz Rikard Jozwiak-dan:
“Ukrayna hökumətinin assosiasiya və azad ticarət razılaşmalarının imzalanması prosesini təxirə salmasına toxunan Vilnüs sammiti iştirakçıları həm də qeyd edirlər ki, bu ölkədə ictimai rəydə həmin sənədələrə çox böyük ictimai dəstək var. Avropa Birliyi ilə Ukrayna eyni zamanda ədliyyə, seçki, məhkəmə sistemlərində Avropa Standartlarına uyğunlaşma istiqamətində islahatlar aparılmasına dair razılaşmalara sadiq qaldıqlarını bildirirlər.”
14:08 29.11.2013
Ermənistanın xarici işlər naziri Nalbaldian Vulnus Sammitində jurnalitlərin suallarına cavab verir
Ermənistanın xarici işlər naziri Nalbaldian Vulnus Sammitində jurnalitlərin suallarına cavab verir
14:00 29.11.2013
Štefan Füle - Avropa Birliyinin genişlənmə üzrə komissarı: Biz Belorusun Vilnüs sammitində elan etdiyi viza sadələşdirilməsinə dair danışıqlara başlaması barədə qərarını alqışlayırıq.

Davamı

XS
SM
MD
LG