Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:36

Facebookdakı fəaliyyətinə görə həbs olunduğu bildirilən Əbdül Əbilov təcridxanaya köçürülüb


U.S. -- A view of Facebook's logo
U.S. -- A view of Facebook's logo
“Facebook”da tənqidi fikirlərinə görə həbs olunduğu bildirilən Əbdül Əbilov noyabrın 27-də Bakı İstintaq Təcridxanasına köçürülüb.

Vəkili Elçin Sadıqov noyabrın 29-da onunla görüşməlidir.

Əbdül Əbilov noyabrın 22-də saxlanılıb. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

O, narkotik alverində ittiham olunur.Ailəsi isə onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir.

Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
XS
SM
MD
LG