Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:08

Beynəlxalq müfəttişlər İranın nüvə obyektinə baş çəkəcək


Foto arxiv
Foto arxiv
BMT-nin beynəlxalq müfəttişləri dekabrın 8-də İranın Arak nüvə bazasına baş çəkəcək.Beynəlxalq Atom Enerjisi İgentliyi İrandan belə bir dəvət gəldiyini deyir.

Qeyd edək ki, bu günlərdə Cenevrədə İranla 6 aparıcı dünya ölkəsi arasında İranın uran zəngimləşdirilməsi üzərində işi dayandırması və əvəzində Tehrana qarşı iqtisadi sanksiyaların yüngülləşdirilməsi barədə razılıq əldə olunub.

Beynəlxalq aləm İranı gizlicə nüvə siahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG