Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:58

Bu gün Nigar xanımın 100 illiyi qeyd ediləcək


Rəsul Rza və Nigar Rəfibəyli
Rəsul Rza və Nigar Rəfibəyli
-
Noyabrın 27-də saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək, sözlərinə bəstələnmiş mahnılar ifa olunacaq.

Yubiley tədbiri ölkə prezidentinin sərəncamı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Ötən ay Nigar xanımın yubileyi oktyabrın 21-nə təyin olunsa da, qeyri-müəyyən səbəblərdən ertələnmişdi.

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncədə adlı-sanlı Rəfibəylilər ailəsində dünyaya gəlib.

Atası Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cumhuriyyəti dövründə ilk səhiyyə naziri, Gəncə bölgəsinin qubernatoru olub.

Xudadat bəy bolşevik işğalından sonra bu rejimin Gəncədə ilk qurbanı olub.

Hələ ilk gənclikdən həyatın hər üzünü görmüş Nigar xanım ruhdan düşməyib.

1930-cu ildə Bakı Pedaqoji Texnikumunu, 1936-cı ildə isə Moskvada Pedaqoji İnstitutunu bitirib.

Bakı kinostudiyasının ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində və "Azərnəşr"də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor işləyib.

"Dənizin səsi gəlir", "İşıqlı dünyam", "Günəşdən gənclik istədim", "Həzin bir axşamda düşsən yadıma", "Şanlı nəsillərin yadigarısan", "Zəfər nəğməsi", "Anaların səsi", "Balaca qəhrəman", "Günəşin cavabı", "Məstanın balaları", "Bizə bahar yaraşır" və s. kitabları nəşr olunan Nigar Rəfibəyli "Şərəf" nişanı və Xalq Şairi fəxri adına layiq görülüb.

Nigar xanım bənzərsiz şair Rəsul Rzanın ömür yoldaşıydı.

Nigar Rəfibəyli 1981-ci ildə Bakıda vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG