Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 08:29

Fransızları təəccübləndirən «Şəxsiyyətə pərəstiş» roliki


Ziya Məmmədov və Hafiz Məmmədov
Ziya Məmmədov və Hafiz Məmmədov
-
27 noyabr medianın icmalı

Virtualaz.org saytı” yazır ki, azərbaycanlı milyarder, “Baghlan Group” şirkətlər qrupunun prezidenti və nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan Hafiz Məmmədov Fransa futbol ictimaiyyətinin və azarkeşlərinin əsas mövzusudur.

Sayt Fransa idman nəşrlərinə istinadən xəbər verir ki, noyabrın 26-da “Lans” klubunun rəsmi internet saytı H.Məmmədovun ötən həftə klubun oyununa baxmaq üçün Parisə səfərinə həsr edilmiş videorlik Fransada birmənalı qarşılanmayıb.

““Frans 3” telekanalı bu videoroliki “əcaib və təəccüblü” adlandırır. Telekanal bildirir ki, videorolik tamamilə “şəxsiyyətə pərəstiş” üslubundadır və “Lans” klubunun azarkeşlərini təəcübləndirib. Çünki onlar indiyədək klubun sahiblərinin ünvanına bu cür təriflər eşitməmişdilər”.

TEHRANLA BAKI ARASINDA

“Mediaforum” saytı xarici işlər nazirliyinə istinadən Tehranda İranla Azərbaycan arasında keçirilən müzakirələrdə bir sıra məsələlərlə bağlı razılaşmaların olduğunu yazır.

“Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının iclasının keçirilməsi barəsində razılıq əldə olunub. Sərhəddə yaranmış vəziyyətlə də bağlı fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov iranlı həmkarını Azərbaycana dəvət edib”

“DÜNYA MƏTBUAT TARİXİ ÜÇÜN BİR PRESİDENT”


İlham Əliyev
İlham Əliyev
“Yeni Azərbaycan” qəzeti yazır ki, “Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır”.

Qəzet noyabrın 24-də “RUH” jurnalistləri müdafiə komitəsinin prezidentə ikinci dəfə “Jurnalistlərin dostu” mükafatı verilməsinə toxunur və bunu prezidentin mətbuata qayğısının nəticəsi sayır.

“...dövlət başçısının mətbuatımızın inkişafı üçün atdığı addımlar dünya mətbuat tarixi üçün bir presidentdir”.

“BU BİR APREL ZARAFATI DEYİL Kİ?”


“Azadlıq” qəzeti İlham Əliyevin “jurnalistlərin dostu” mükafatı alması ilə bağlı “Human Right Watch”ın Cənubi Qafqazda insan haqları üzrə eksperti Georgi Qoqianın qurumun səhifəsindəki yazısını dərc edib.

“Mən Azərbaycanın prezidenti İlham Əliyevə yerli mətbuat işçilərinin “jurnalistlərin dostu” mükafatını təqdim etdiyi barədə xəbəri oxuduqdan sonra təqvimi yoxlamaq qərarına gəldim. Çünki dəqiqləşdirmək istəyirdim: bu 1 aprel zarafatı deyil ki?...Yalnız bu il ərzində “Human Right Watch” təşkilatı 7 nəfər jurnalistin tənqidi yazılarına görə həbs edildiyi barədə hesabatla çıxış edib...”.

“BƏS CAMAATIN UŞAQLARINI GÜNAHSIZ YERƏ NİYƏ ZİNDANA DOLDURMUSUNUZ?”

“Vətəni harda əlinə keçdi, hansı üsulla olur-olsun sevməliyik. Yoxsa əğyar əlinə keçər”.

Zamin Hacı
Zamin Hacı
“Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı media nümayəndələri ilə görüşdə prezidentin jurnalistləri vətənpərvərliyə səsləməsinə toxunaraq belə yazır.

“Çox gözəl çıxışdır, bir növ proqram xarakterlidir, oxuyanda şəxsən mənim ürəyim dağa döndü. ...bir daha başa düşdüm ki, vətənpərvərlik sərhəd tanımır. Vətəni Daşkəsənin qızıl yataqlarında da sevə bilərsən, İmişlinin qoyun yataqlarında da. Vətənin hər qarışı, vətəndaşın hər yaralı barmağı, Kürdəxanı zindanındakı siyasi məhbuslar da həmçinin, əzizdir, doğmadır, müqəddəsdir.

...Kürdəxanı demişkən... Prezident deyir gərək problemləri öz aramızda həll edək, xaricilərə göstərməyək. Evin zibili evin içində qalmalıdır məntiqidir. Yaxşı, bəs o zaman camaatın uşaqlarını günahsız yerə niyə zindana doldurmusunuz?”

GÖMRÜK SAZİŞİNİN İMZALANMASINI KİM İSTƏMİR?

Qubad İbadoğlu
Qubad İbadoğlu
“Oliqarxlar Gömrük Sazişinin imzalanmasını qəti istəmirlər”. Bunu “Bizim yol”a müsahibəsində iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçıya görə, “Vilnüs Sammitində Azərbaycanın verəcəyi qərar da məmurların maraqları çərçivəsi”ndə olacaq.

Qubad İbadoğlu hesab edir ki, “neftin qiyməti düşsə, büdcə kəsiləcək, iqtisadiyyat tənəzzül edəcək, ölkədə sosial-iqtisadi böhran başlayacaq”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG