Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:51

70 minə yaxın insan İİV təhlükəsi altındadır


Bakıda “Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, tədbirdə UNİCEF-in Azərbaycan ofisinin rəhbəri Mark Herevard çıxış edib.

Onun sözlərinə görə, dünya ölkələrində 70 minə yaxın insan İİV (insanın immunçatışmazlığı virusu) riski olan qrupa daxildir. Onlar daha çox narkotiklərdən istifadə edirlər:

“Azərbaycanda İİV ötürülməsinin 59%-i iynələrdən olur. İİV-ə yoluxanların çox hissəsi narkotik istifadəçiləridir. 29% heteroseksual bu xəstəlikdən əziyyət çəkir. Bütün ölkələrdə İİV virusuna qarşı müayinəyə cəlb etmək üçün yollar axtarırıq. Virusa yoluxanların sayı artır, onların qarşısı alınmalıdır. Gənclərə yalnız İİV-dən azad gələcək lazımdır”.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva bildirib ki, Azərbaycanda İİV virusuna yoluxanlar arasında gənclər və yeniyetmələr müəyyən yer tutur. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, QHT-lər virusla mübarizədə birgə işləyir.

Konfrans 3 gün davam edəcək. Tədbirdə 5 ölkənin nümayəndəsi iştirak edir.
XS
SM
MD
LG