Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Zaqatalada atışma: 3 nəfər ölüb


Arxiv foto
Arxiv foto
-
Noyabrın 24-də Zaqatala rayonu ərazisində Yuxarı Tala kəndi yaxınlığında bir maşınından digərinə avtomat silahla atəş açılıb.
Maşında olan 4 nəfərdən 3-ü güllə yarasından ölüb. Dördüncü adam isə yaralanıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120,2.7 (iki və daha çox şəxsin qəsdən öldürülməsi), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Sonra isə iş rayon prokurorluğundan alınıb. Xüsusi ilə ağır cinayət olduğu üçün cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi aparır.
Bu haqda AzadlıqRadiosuna Zaqatala rayon prokuroru İlham Həsənəlizadə məlumat verib.
Hadisənin motivi, hadisəni kimlərin törətməsi haqqında məlumat verilmir.

***

Daxili İşlər Nazirliyi Zaqatalada 3 nəfərin ölümü ilə nəticələnmiş insidentlə bağlı açıqlama yayıb.

DİN saytının məlumatına görə, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində «VAZ-2107» markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi «Hyundai» markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

Vüsal Əliqayevin maşınında olanlar - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparır.
XS
SM
MD
LG