Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:55

Müəllimlərin maaşı 2 dəfə artırıla bilər


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
-
«Müəllimlərin əməkhaqqının 2 dəfəyədək artırılması nəzərdə tutulub».

Bunu təhsil naziri Mikayıl Cabbarov «Azərbaycan» qəzetinə müsahibəsində deyib:

«Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında bu məsələ də öz əksini tapıb. Belə ki, strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1.8-2 dəfəyədək artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında öz əksini tapacaq».

«PƏRVİZ HƏŞİMLİNİN SAĞLAMLIQ DURUMU AĞIRDIR»

«Bizim yol» qəzeti jurnalist Pərviz Həşimlinin Milli Təhlükəsizlik Nazirliyində səhhətinin kəskin pisləşdiyini yazır.

Bunu Pərviz Həşimli ilə görüşdən sonra vəkili Elçin Sadıqov deyib:

«Mənə dedi ki, onun belə şəraitdə saxlanması faktiki olaraq işgəncədir, qeyri-insani rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Pərviz Həşimlinin sağlamlıq durumu ağırdır».

«ƏLİYEV VİLNÜS SAMMİTİNDƏN İMTİNA ETSƏ...»

«Azadlıq» qəzeti yazır ki, İlham Əliyev Vilnüs sammitindən imtina etsə, Azərbaycan müxalifəti də etiraz aksiyalarına başlayacaq.

Nardaranda Aşura
Nardaranda Aşura
Qəzet Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiativ saziş layihəsini imzalamaq prosesini dayandırdığını yada salır:

«Ukraynanın bu cür addım atması hazırda diqqəti Azərbaycanın da üzərinə yönəldib. Belə ki Azərbaycanın da Vilnüsdə bir sıra mühüm sənədlərə imza atacağı gözlənilir. İlham Əliyevin bu günlərdə Ukraynaya səfər etməsini də ekspertlər təsadüfi qiymətləndirmirlər».

«AŞURA GÜNÜ AXIR-ƏVVƏL RƏSMİ GÜN KİMİ QEYD OLUNACAQ...»

«Aşura günü axır-əvvəl rəsmi gün kimi qeyd olunacaq, bunu nə qədər tez etsək, o qədər yaxşı olar».

Bunu «Yeni Müsavat»a ilahiyyatçı-filosof İlqar İbrahimoğlu deyib:

«Ölkədə dinlə bağlı baş verənlər həm də siyasi iradəyə bağlıdır… Ruhanilər toplumun danışan dili, onun dərdlərini yaşayan, mahiyyətcə ölkənin ən ciddi ziyalılardan biri olmalıdır».

«HESABLAMA PALATASININ SƏLAHİYYƏTLƏRİ ARTIRILMALIDIR»

«Hesablama Palatasının səlahiyyətləri artırılmalı və mandatı dəqiqləşdirilməlidir».

Bunu Media forum saytına Hesablama Palatasının yeni təyin olunan sədri Vüqar Gülməmmədov deyib:
Xəzər dənizi
Xəzər dənizi

«Ən əsas işlərdən biri də kənar və daxili auditin sərhədlərinin müəyyənləşdirilməsi, bunların müvafiq qanunvericilikdə əks olunmasıdır. Bunların həyata keçirilməsi üçün Hesablama Palatasının insan resursları artırılmalı və təşkilatın strukturunda təkmilləşdirilmə aparılmalıdır. Görəcəyimiz əsas işlər bunlardır».

XƏZƏRDƏ YEGANƏ ÇİRKLƏNMƏ MƏNBƏYİ

«Xəzər dənizində hasilat artsa da, çirklənmənin səviyyəsi 10 dəfə azalıb».

AzərTAc-ın yazdığına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib:

«Sovet dövründən qalma quyulardan sızan axıntılar Xəzər dənizində yeganə çirklənmə mənbəyidir. Bu, əsasən «Neft Daşları» ətrafında baş verir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG