Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:10

MTN məsciddə terrorun qarşısını aldığını bildirir


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
-
Bakıdakı «Məşədi Dadaş» məscidində partlayış törətmək istəyən qrup zərərsizləşdirilib.

Bu barədə noyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinə istinadən apa məlumat yayıb.

Məlumata əsasən, bu ilin oktyabrında «Enekin Skayvoker» adlı istifadəçi öz «Facebook» səhifəsində şiələrə qarşı cihad etmək barədə status yerləşdirib. Həmin statusda deyilir ki, «Şeyx Mirzahmad al-Qusari» bunun üçün Qusar rayonunda olan «əmir Fərman Çətin»ə fətva verib.

MTN bildirir ki, orada «Məşədi Dadaş» məscidinin axundu Şahin Həsənovun qətlə yetirilməsi barədə çağırışlar da əksini tapıb:

«Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, özünü «Fərman Çətin» kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, «Şeyx Mirzahmad Əl-Qusari»nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib».

Adıçəkilən hər iki şəxsin həbs edildiyi və onlardan çoxlu sayda silah-sursat götürüldüyü bildirilir.

Faktla bağlı MTN İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin «cinayətə hazırlıq», «terrorçuluq», (28, 214.2.1, 28, 214.2.3, 228.2.1) və «qanunsuz silah, partlayıcı maddələr əldə etmə» maddələri ilə cinayət işi başlanıb.

İttihamlar təsdiqlənərsə, həmin şəxslər 10 ildən 15 ilə qədər və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər.

Ancaq təqsirləndirilən şəxslərin və ya onların vəkillərinin bu ittihamlara münasibəti bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG