Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 01:01

S.Novruzov: «Azərbaycan XİN məsələni İran səfirliyi qarşısında qaldırmalıdır»


-
Noyabrın 22-də Milli Məclisdə «Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə konvensiya»ya düzəlişlərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov İran-Azərbaycan sərhədində yaranan problemə də toxunub:

«Bir neçə vaxtdır ki, İrandan Naxçıvana gedən avtomobillərin qarşısı alınır. İstərdim Milli Məclisin İran dostluq qrupunun üzvləri məsələni qaldırsın. Çünki onlar bu gün iranlı həmkarları ilə görüşəcək. Qışın gəlməsini nəzərə alaraq gündə bir şərt qoymaq, insanların incitmək kimi məsələlər ciddi şəkildə qaldırılmalıdır. Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi məsələni İran səfirliyi qarşısında qaldırmalıdır».
XS
SM
MD
LG