Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 22:57

Alqı-satqıya pul ödəyib əvəzində icarə müqaviləsi alanlar


Binə Ticarət Mərkəzi
-
Vaxtilə Binə ticarət mərkəzində ticarətlə məşğul olmaq üçün borca-xərcə düşən Anar Ömərov bu borcdan hələ də çıxa bilmədiyini deyir. O, AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib:

“MAĞAZAYA SAHİB ÇIXA BİLMİRƏM, ÖDƏDİYİM PULLARI DA QAYTARMIRLAR”

“1-ci qrup əliləm, Binə ticarət mərkəzi tikiləndə elə sərfəli şərtlər təklif etdilər ki, mən də şirnikdim, borca xərcə düşüb ordan mağaza aldım. Bu, 2007-ci ilin fevral ayında oldu. 40 kvadratmetr sahəsi olan mağazanın hər kvadratmetrinə görə 700 manat ödədim. Ancaq sonra gördüm ki, müqavilədə hər kvardata görə 600 manat ödədiyimi yazıblar.

Hələ mağazanın tikintisi başa çatmamışdı, çağırıb 2 min manat təmirə görə aldılar, 3 min manat da açar pulu. Ticarət mərkəzinin tikintisi başa çatdı, işə düşdü, baxdım ki, kənarda qalmışam, mağazanı mənə vermədilər, bir ətək pulumu da özümə qaytarmırlar. Nə vaxt pulumun dalıyca gedirəmsə, qarşıma qoluzorluları çıxarırlar. Ticarət mərkəzinin rəhbərliyinə yaxın düşmək qətiyyən mümkün deyil”.

Binə ticarət mərkəzindən Anar Ömərovun iddiasını əsassız hesab ediblər. Bildiriblər ki, onunla alqı-satqı yox, icarə müqaviləsi bağlanıb. O, təklif olunan mağazanı qəbul etmək istəmədiyinə görə iş birliyi davam etməyib.

Hüquqşünas Namizəd Səfərov isə Anar Ömərova vəziyyətdən çıxış yollarını göstərir:

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
“Düşdüyü bu problem tək onun problemi deyil. Fəaliyyət göstərən ticarət mərkəzlərinin demək olar ki, hamısında ticarətlə məşğul olan kiçik sahibkarlarla ticarət mərkəzinin sahibləri arasında belə anlaşılmazlıqlar mövcuddur.

Əgər Anar Ömərovun əlində müqavilə varsa, ödənilmiş məbləğdən asılı olmayaraq ticarət mərkəzinin sahibi ilə mübahisəni məhkəməyə çıxara bilər. Əlbəttə ki, əgər o, mağazanın hər kvadratmetrinə görə pul ödəyibsə, deməli, o mağazanı alıb. Bu, icarəhaqqı yox, alqı-satqı ödənişidir”.

Hüquqşünas şikayətçiyə sənədləri toplayıb iddia ərizəsi ilə birlikdə Binə ticarət mərkəzinin fəaliyyət göstərdiyi ərazi üzrə Qaradağ rayon Məhkəməsinə təqdim etməyi məsləhət görür.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG