Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:47

Yol qəzaları niyə artır?


Foto: Arxiv
Foto: Arxiv

-

«3 maşın toqquşmuşdu. Qabaqkı firma maşınından boya və lak tökülmüşdü səsboğucunun üstünə. Biri-birinə dəyən maşınların üçü də alışıb yanmış, 6 nəfər həlak olmuşdu».

Tovuz rayonundakı Qovlar kəndinin sakini Şəhriyar Əliyev bir müddət əvvəl qardaşının avtomobil qəzasında ölməyindən söz açır və yol qəzalarını daha çox təcrübəsiz sürücülərin törətdiyini düşünür:

«Xüsusən firmalar stajsız sürücüləri oturdur sükan arxasında. 6 nəfərin həlak olması, gör, neçə nəfərin faciəsi deməkdir. Qardaşımın 3 uşağı qalıb, bir yoldaşı, bir də xəstə anası. Bir həyətdə qalırıq, onun da külfəti mənim üstümdədir».
«QƏZA BÜTÜN İŞLƏRİMİ, HƏYATIMI ALT-ÜST ETDİ»

İxtisasca hüquqşünas olan AXCP üzvü Asif Yusifli ötən ilin iyununda avtomobil qəzasında ağır xəsarət alıb. Xəstəxanada 47 gün ərzində 4 dəfə əməliyyat olunub. Ayağında indi də bud sümüyündə dəmir çubuq, dizdən aşağıda isə metal lövhə gəzdirir, dizi qatlanmır. Asif 6 ay ancaq arxası üstə yataqda keçirdiyini, növbəti 6 ayı isə iki qoltuq ağacıyla gəzdiyini deyir.

Qəzadan əvvəl 2-ci qrup Qarabağ müharibəsi əlili olub. Bu ilin yanvarında isə Tibbi Sosial Ekspert Komissiyası ona iki il müddətində 1-ci qrup əlillik dərəcəsi verib:
«Qəza bütün işlərimi, həyatımı alt-üst etdi. Faktiki şikəst edildim. Hazırda axsayıram, əməliyyata və ciddi müalicəyə ehtiyacım var. Əvvəlki müalicə xərclərim 10 min manatdan artıq oldu. Müalicə xərclərimi partiyadaşlarım və yaxın qohumlarım qarşıladı. Təqsirkar şəxs isə heç xəstəxanaya yanıma da gəlmədi. Bundan sonrakı müalicə olunmağım üçün 7-8 min manata ehtiyac var. Mülki iddia qaldırdım, təqsirkardan vurduğu maddi və mənəvi ziyanın əvəzi olaraq təqribən 50 min manat kompensasiya tələb etdim».

Xüsusi reportajlar - 26 noyabr 2013

Canlı müzakirə

Asif Yusifli bildirir ki, xəstəxanada olduğu müddətdə Abşeron rayon Məhkəməsi təqsirkara iki il məntəqə tipli cəza kəsib və zərərçəkənə 2 min manat kompensasiya ödəməsi haqda hökm çıxarıb. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi onun mülki iddiasını qismən təmin edərək 19 min 750 manatın maddi, 1000 manatın isə mənəvi ziyanın əvəzi kimi (bütövlükdə 20 min 750 manat) cavabdeh tərəfindən ödənilməsi haqda hökm çıxarıb.


ALİ MƏHKƏMƏ «YOL»A BAXIR...

Yol qəzalarının çoxalması barədə məlumat Ali Məhkəməyə də çatıb. Noyabrın 15-də keçirilən plenumda bu məsələ müzakirəyə çıxarılıb.

apa-nın xəbərinə görə, Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qəzaların əsas səbəbini sərxoş vəziyyətə maşın sürənlərin və sürücülük vəsiqəsi alanların sayının sürətlə artmasında görür.

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzaları çoxalır. O, belə qəzalar araşdırılarkən məhkəmələrin bir sıra qanun pozuntularına yol verməsinə diqqət çəkib. Ədliyyə naziri ötən dövr ərzində Məhkəmə Hüquq Şurasının 39 hakimi ciddi intizam məsuliyyətinə cəlb etdiyini, 4 hakimin səlahiyyətinə xitam verdiyinib, 6 hakimin iş yeri dəyişdirildiyini bildirib.

Qəzaların artma səbəbləri sırasında nəqliyyat vasitələrinin çoxalması, tıxaclar üzündən yaranan yol gərginliyi də göstərilir.

Ərşad Hüseynov
Ərşad Hüseynov

2012-ci ildə ölkə ərazisində 2 min 892 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Min 168 nəfər həlak olub, 2 min 997 nəfər yaralanıb. Bu ilin 10 ayı ərzində 2 min 426 yol-nəqliyyat hadisəsi baş verib. 971 nəfər ölüb, 2 min 558 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

«AZƏRBAYCANDA SOVETDƏNQALMA GÖSTƏRİCİ HÖKM SÜRÜR»

Hüquqşünas Ərşad Hüseynov qəzaların əsas səbəbini təkcə sürücülərdə görmür. Onun fikrincə, yol nişanlarının azlığı, lazımi yerdə qoyulmaması, yolların standarta cavab verməməsi, yollarda aparılan təmir-tikinti işlərinin dağınıqlığı, bu işlər görülərkən təhlükəsizlik qaydalarının pozulması da qəzaların sayını artırır:

Gözlə

No media source currently available

0:00 0:06:24 0:00
Direct-ə keçid
«Sərxoşluğa görə cəza balları yığılır və sürücü cəzalandırılırsa, demək, sürücülərə nəzarət var və bu, vacibdir. Üstəlik, Azərbaycanda sərxoşluğun miqyası Almaniya və ya Rusiya ilə müqayisəyə gəlməz. Qanunvericilikdə sürücünün sərxoşluğunun müəyyən olunmasında problem var. Karbohidrogenli qidalar qəbul ediriksə, nəticədə orqanizmdə cüzi miqdarda etil spirti meydana gəlir. Avropa ölkələrində bir litr qanda bu spirtin miqdarı 5 qramdan çoxdursa, sürücü sərxoş sayılır. Amma Azərbaycanda sovetdənqalma göstərici hökm sürür – 1 litr qanın tərkibində 3 qram yarım etil spirti sürücünü sərxoş saymaq üçün yetərli sayılır. Sürət həddini aşma da əsas səbəblərdəndir».


«QƏZA DEYİL, ÖLÜM ARTIR»

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yol qəzalarının get-gedə artması fikrini bölüşmür. O, son 2 ildə istər qəzaların, istərsə xəsarət alanların sayında azalma gözə çarpdığını deyir, amma ölü sayında artıma diqqət çəkir. Şöbə rəisi qəzaların çoxunun – 38 faizinin piyadaların vurulmasıyla bağlı olduğunu bildirir. Belə olayların 15-20 faizində piyadalar günahkar sayılıb. Onlar yerüstü və ya yeraltı piyada keçidləri olan yerlərdə yolun hərəkət hissəsinə çıxıblarmış:

Gözlə

No media source currently available

0:00 0:10:48 0:00
Direct-ə keçid


– Maşın tək-tük hallarda dayanmış piyadanı vurur. Ən başlıca səbəb piyadalardır. Bununla bağlı maarifləndirmə işləri aparılır, bilgiləndirici çarxlar hazırlanır, ancaq problem yenə həllini tapmır. Piyadalar sanki bu məsələyə dırnaqarası baxırlar. Onlara elə gəlir ki, həyatları sığortalanıb...


– Bəs sürücülər yol hərəkəti qaydalarına necə əməl edirlər?

– Bizim piyadaları yaxşı tanısalar da, sürücülərin də məsuliyyətsizliyi var. Hansısa Avropa ölkəsində gözlənilməyən yerdən piyada peyda olmur. Bizdə isə hər tinbaşı – ağaclıq yerdən, küçənin əvvəlindən, ya sonundan piyada çıxacağını bilir. Bilir, ancaq öncədən təhlükəsizlik tədbiri görmür. Sürücü piyadanın yolu keçməyə hazırlaşdığını görüncə, uyğun tədbirə qərar verməlidir. Sürət həddini aşan sürücü qəfil maneə çıxanda avtomobili saxlaya bilməz. Sürət həddi 60 olan yerdə 70-lə, 80 olan yerdə 90-la gedirlər. Piyada vurulmasından sonra ötmə və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına keçmə səbəbindən də xeyli qəza baş verir. Qəzalar bir neçə il əvvəl daha çox sürət həddini aşma ilə bağlıydısa, indi daha çox ötmə ilə bağlıdır.

– Sürücülük vəsiqəsinin verilməsində qanunsuzluqlar, sürücülük kurslarının gözardı edilməsi də qəza doğuran səbəblərdən sayılır. Və vəsiqənin daha çox rüşvətlə verilməsinə dair iddialar çoxdur...
Kamran Əliyev
Kamran Əliyev

– Qəza törədən sürücülərin vəsiqəni nə vaxt almasına, sürücülük təcrübəsinə baxanda görəcəksiniz ki, pozuntu onun qaydaları bilməməsindən qaynaqlanmır. Sürücünün qırmızı işıqda keçməsinin, sürət həddini aşmasının onun biliyinə nə aidiyyəti var? Burda söhbət məsuliyyətsizlikdən gedir. Sükan arxasında arxayınçılıq çox pis şeydir. Ən mahir sürücü odur ki, vaxtında tədbirini görüb ekstremal vəziyyətə düşməsin...


– Yol hərəkəti şəraitinin – tıxacların, yolların tez-tez təmirə dayanmasının qəzaların artmasında payı barədə nə demək olar?

– Təbii ki, yol ayrıcları, yol qovşaqları təmirə dayananda digər küçələrdə də sıxlıq yaranır. Bu gün Bakıda həddən artıq tıxac var. Paytaxtda 750-800 min nəqliyyat vasitəsindən yararlanırlar. Bu, həddən artıq çoxdur. Küçələrin buraxılış qabiliyyəti o qədər deyil. Bütün bunlarla yanaşı, Yol Polisi bircə gün xidmətə çıxmasa, bir deyil, 50 yolayrıcında tıxac yaranar. Sürücülər də o qədər tələskəndir ki, hamı istəyir tez keçsin.

– Ancaq bəzi yerlərdə 2-3 polis dayansa da, olur ki, sıx yerlərdə polis gözə dəymir...

– Tıxac bir neçə saniyəyə yaranır. Polisin də oraya çatmağı var, axı. Bir də hamı polisin olub-olmadığını yalnız tıxac zamanı yada salır. Haradan bilirsən ki, qarşıdakı yolayrıcında polis var, ya yox? Axı işıqfor olan yerdə polis nəyə lazımdır? Yol işığına hamı əməl eləsə, polis heç lazım olmaz. Bir az düşünmək lazımdır. Bizim sürücülər özünü hamıdan ağıllı, çevik sayır, tıxac da bu səbəbdən yaranır.

VƏTƏNDAŞ BELƏ DEYİR

Bəs adi sakinlər – piyada və sürücülər yol qəzalarının səbəbləri barədə nə düşünürlər? Rəyini AzadlıqRadiosuna paylaşanların qəza səbəblərinə baxışları haçalanır:

Gözlə

No media source currently available

0:00 0:07:33 0:00
Direct-ə keçid
– İçki və sürətin artırılmasıdır əsas səbəb.
– Sürücülük vəsiqəsini almaq üçün oxumaq lazımdır. Oxumurlar.
– 800-1000 manatadır vəsiqə. Kimdir oxuyan, alıb keçirlər sükan arxasına.
– Bir sürücü kimi deyirəm ki, əsas səbəbkar qadın sürücülərdir. Qaydalara əməl etmirlər.
– Yaxşı olar, imtahan qaydalarını sərtləşdirsinlər. Kimə gəldi vəsiqə verməsinlər.
– Bir səbəb xarici markalı maşınlardır. Digər səbəb də cavanlar, onların yekəxana davranışıdır. Heç kəs bir-birinə yol vermək istəmir.
– Hər yerdə belədir, maşın çoxdur, ona görədir. Mən Rusiyaya gedib-gəlirəm, orada da qəza çox olur.
– Səbəb – maarifləndirmənin olmamasıdır. Mən ibtidai sinif müəlliməsiyəm, əvvəllər ibtidai siniflərdə əlavə saat ayırırdılar. İndi o da yoxdur. Gərək məktəbdə keçilə ki, qaydaları da bilələr.


QANUNVERİCİLİK SƏRTLƏŞDİRİLSİN?

Ali Məhkəmə yol qəzaları ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini, cəzaların sərtləşdirilməsini istəyir. Müvafiq qanunlara dəyişiklik edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi qərara alınıb.

Foto: Arxiv
Foto: Arxiv

Ötən ilin dekabrında prezident İlham Əliyev də yol nəqliyyatı ilə bağlı imzaladığı xüsusi sərəncamda («Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» yol nəqliyyat hadisələrinin sərxoş halda... törədilməsi hallarında cinayət məsuliyyətinin sərtləşdirilməsinə dair təkliflər hazırlamağı tapşırıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Kamran Əliyev bu təklifi şəxsən dəstəklədiyini deyir:

«Bu qədər tədbirlər, maarifləndirmə işləri ilə yanaşı, fikir vermişəm ki, yalnız inzibati məsuliyyətin gücləndirilməsi vəziyyətə təsir göstərir. Bir fakt deyim: Sərxoşluqla bağlı hadisələr çoxalmışdı. Ötən il qaydalar sərtləşdirildi. Sürücülük hüququnun məhdudlaşdırılması ilə qəzalar azaldı. Ötən il sərxoşlar ümumi qəzaların 3.3 faizini törətmişdisə, bu ilin 10 ayında bu rəqəm 2 faizə düşüb. Əvvəl 20-21 min sərxoş sürücü aşkarlanırdısa, indi bu rəqəm 17 min olub».

Hüquqşünas Ərşad Hüseynov cərimələrin artırılmasını çıxış yolu saymır:

«Normal sürücü hazırlanandan, qarşılıqlı münasibətlər şəraiti formalaşandan sonra qaydanı pozanları sərt cəzalandırmaq lazımdır. Sürücü sürət rejimini ona görə pozur ki, avtomobilinin daşıdığı kinetik enerjinin törədə biləcəyi faciəni onun düşüncəsi qəbul etmir. Əslində, qanunvericilik normaldır, praktikada tətbiqi pisdir. Sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdirilməlidir».

Yol qəzasında ölənlərin ölkələr üzrə sayı

YOL QƏZASINDA ÖLƏNLƏRİN ÖLKƏLƏR ÜZRƏ SAYI

BAŞQA ÖLKƏLƏRİN DURUMU

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2010-cu ildə yol qəzalarında ölənlərin sayı 1 milyon 240 min olub ki, bu da 2000-ci illər müqayisədə azalma deməkdir.

Həmin cədvələ əsasən, Azərbaycanda hər il 100 min sakindən 13.1-i yol qəzasında ölür. Ermənistanda bu rəqəm 18.1, Gürcüstanda 15.7-dir. Qonşu Rusiyada 18.6, Türkiyədə 12.0, İranda isə 34.1-dir. Amma yaxın çevrəmizdə olmayan ölkələrdən bir fakt da göstərməyə dəyər: Almaniyada həmin göstərici 4.7-dir

BALACA MƏRYƏM

...Elman 29 yaşında böyük tikinti şirkətlərindən birinin yük maşınının törətdiyi yol qəzasında beynindən zədə alıb. Bir müddət koma vəziyyətində qalandan sonra vəfat edib. O vaxt qızı Məryəm cəmi 5 aylıq idi. Münəvvər xalanın dünyadan vaxtsız köçmüş oğlu üçün ağlamaqdan gözlərinə mirvari suyu gəlib, şəkər xəstəliyinə tutulub.

Məryəm isə indi 1-ci sinfə gedir, nənə-babası, anası tərəfindən əzizlənir, qayğısız böyüyür. Qızcığaz qürbətdə yaşayan, tez-tez «Skype» vasitəsilə gördüyü əmisini atası bilir, «ata»sının onu necə sevdiyindən, tezliklə yanına gələcəyindən, göndərdiyi hədiyyələrdən hamıya həvəslə danışır...

XS
SM
MD
LG