Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

Vəzifə+mandat=? [Video]


-


«İşdən sonra» verilişində rektorların, işadamlarının və icra strukturunda çalışanların deputat mandatının qanunvericiliyə uyğun olub-olmaması haqda REAL Hərəkatının Məclis sədri Erkin Qədirli və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli danışıblar.

Erkin Qədirli prezident respublikasında deputatların başqa vəzifələr tutmamasının vacib olduğunu deyir:

«Vəzifəli şəxsin mandat tutmaması hakimiyyət bölgüsünün tələblərindən irəli gəlir. Xüsusilə, prezident respublikasında bu məsələ vacibdir. Çünki prezident həm də icra hakimiyyətinin rəhbəridir. Bu baxımdan, o, kollektiv məsuliyyətin təcəssümüdür. Azərbaycanda prezident respublikası olduğu üçün eyni adam müxtəlif hakimiyyət qollarında vəzifə tutmamalıdır. Eyni zamanda, deputat ödənişli fəaliyyətlə də məşğul ola bilməz. Çünki belə halda həmin şəxs bir neçə strukturda hesabat verməli, öhdəliklər götürməli olur. Beləliklə, mənafelər münaqişəsi yaranır. Məsələn, deputat Təhsil Nazirliyindən hesabat tələb edə bilər. O, həm də rektordursa özü hesabat verməlidir».

Qulamhüseyn Əlibəyli deyir ki, rektorluğu pedaqoji fəaliyyət hesab etmək olmaz:

«Bu gün Milli Məclisdə olan deputatların müəyyən vəzifələri tutması qanunvericiliyə ziddir. Lakin belə əsaslandırılır ki, rektor pedaqoji vəzifədir. Çünki Konstitusiyaya görə, deputat elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər. Rektorluq pedaqoji vəzifə deyil. Rektor inzibati idarəetmə və təşkilati, sərəncamverici səlahiyyətlərə malikdir. Digər tərəfdən, kommersiya qurumlarının, səhmdar cəmiyyətlərin rəhbərləri də deputat ola bilməz. Ancaq belə əsaslandırırlar ki, Dövlət Neft Fondunun prezidenti dövlətdən maaş almır. Bu, gülünc görünür...».
XS
SM
MD
LG