Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 04:52

İçərişəhər «İtalian Heritage Award» mükafatı qazanıb


İtalian Heritage Award
İtalian Heritage Award
-
Azərbaycan «Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması» nominasiyasında «Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə» nüfuzlu beynəlxalq mükafata - «İtalian Heritage Award»-a  layiq görülüb.

«İtalian Heritage Award» mükafatı 26 nominasiyada- restavrasiya, heykəltaraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə təqdim edilir.

Bu ilki müsabiqəyə 400-ə yaxın iştirakçının layihəsi təqdim oluub.

 Bu layihələri 9 ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirib.

Xəbərdə bildirilir ki, UNESKO-nun «Dünya İrsi Siyahısı»na daxil edilmiş İçərişəhərə 2000-ci ildə baş vermiş zəlzələnin vurduğu zərərin aradan qaldırılması istiqamətində hökumətin səyləri münsiflərin diqqətini cəlb edib.

 İçərişəhərin 2009-cu ildə «Təhlükədə olan Dünya İrsi» siyahısından çıxarılması da xüsusi vurğulanıb.

Artıq mükafat Azərbaycanın  İtaliyadakı səfirliyi vasitəsilə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.
XS
SM
MD
LG