Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Komitə sədri: Benzinin qiyməti bahalaşa bilər


Arxiv foto
-
«Gələn il yanvarın 1-dən «Avro-3»ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var».
SalamNews-un yazdığına görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
«Biz «Avro-3»ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə «Avro-4», «Avro-5» standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır».
Komitə sədri deyib ki, «Avro-3» standartına keçid qiymətlərə cüzi təsir göstərə bilər. «Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir»
XS
SM
MD
LG