Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

25 hərbçiyə yeni mənzil verildi


-
2011-ci ilin dekabrından indiyə qədər 300 hərbçi daimi, 400-dən çox hərbçi isə xidməti mənzillə təmin olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, noyabrın 15-də Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində müdafiə nazirinin müavini Çingiz Məmmədov daha 25 hərbçiyə yeni mənzillərin sənədlərini təqdim edib.

2011-ci il dekabrın 28-də prezident İlham Əliyev hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması barədə fərman verib. Bu işin həyata keçirilməsi üçün komissiya yaradılıb.
XS
SM
MD
LG