Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Əcnəbilər Soçidə 30 gündən çox qala bilməyəcəklər


-
Rusiya prezidenti 2014-cü il qış olimpiya oyunları ilə əlaqədar Soçidə miqrasiya rejimini sərtləşdirən fərman imzalayıb.

Yeni qaydalara görə, müvəqqəti və daimi yaşamaq üçün Soçiyə gedən Rusiya vətəndaşı 3 gün ərzində qeydiyyatla bağlı müraciət etməlidir. Elə müraciət etdiyi gün də qeydiyyata düşməlidir.

Bu qayda mehmanxana, sanatoriya, istirahət evləri, pansionat və kempinqdə olanlara, həmçinin, xəstəxanaların pasiyentlərinə aid deyil.

Olimpiya oyunlarında iştirak etməyən və vizasız Soçiyə gələn əcnəbilər üçün qalma müddəti 30 günü keçməməlidir.

Qayda 2014-cü il yanvarın 7-dən martın 21-dək qüvvədə olacaq.
XS
SM
MD
LG