Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:49

Azərbaycanın ceyran təhlükəsi sovuşur


Hüseyn Bağırov
Hüseyn Bağırov
-
“Azərbaycanda 2 ilə ceyranlar bioloji təhlükəyə məruz qalmış növlər sırasından çıxarılacaq”.

Bu barədə fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Gəncədə keçirilən qəbul zamanı deyib.

Qəbula qərb bölgəsindən olan 50-yə yaxın vətəndaş qatılmışdı. Sakinlərin kimisi əkib becərməyə torpaq yerinin olmamasından, kimi ova qoyulan qadağadan, kimisi isə qışın soyuğunda qızınmaq üçün meşə odunlarını qıra bilməməkdən şikayətləndi.

Göy göl rayon Toğana kənd sakini Ayaz Əliyev isə dünya rekordu qırmaq üçün farel balığı yetişdirməyə icazə istədi:

“Elmi işim süni kanallarda və göllərdə qırmızı xallı farel balığının yemlənməsi ilə bağlıdır”

“Təsərrüfatım var, balıqçılıqla məşğul olmuşam. Elmi işim var. Nazirdən xahiş elədim ki, kömək olsun. Elmi işim dünya rekordu həddindədir. Xüsusi lisenziyanın verilməsi gələcəkdə elmi işimin təsdiqlənməsi, süni kanallarda və göllərdə qırmızı xallı farel balığının yemlənməsi ilə bağlıdır.

Müraciət edənlər sırasında yerli qurumların şikayətlərə məhəl qoymamasından gileylənən sakinlər çoxluq təşkil edirdi.

Gədəbəy sakini Vaqif Allahverdiyev:

“Biçənək sahəsi almaq istəyirəm, mal qara saxlamaq üçün. Gədəbəy rayon meşə təsərrüfatına müraciət etmişəm, baxmayıblar”.

“YOX” CAVABI ALANLAR

Ağstafa rayonunun ucqar Sadıqlı kəndində yaşayan Nemət Nəsibov gileylənir ki, kəndə mavi yanacaq çəkilməyib. Bu səbəbdən odun yandırmağa məcburdurlar. Lakin ərazidəki meşə qorunur.

Nemət Nəsibov:

Ağstafa kənd sakini Nemət Nəsibov
Ağstafa kənd sakini Nemət Nəsibov
“Qarayazı dövlət qoruğundan xahiş etdik ki, yıxılmış quru odunlardan istifadə edək. Qaz yoxdur. Ağstafanın Sadıqlı kəndində meşədən ağac qırmaq üçün qadağa qoydular, hə cavabı almadıq”.

“Uşağım xəstədir, yardım istədim nazirdən. İmkanım yox idi deyə gəlmişəm. Yardım istədim, olunmadı”.

“AZƏRBAYCANDA BƏLƏDİYYƏ TORPAQLARI DÜZGÜN İSTİFADƏ OLUNMUR”.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov isə bildirdi ki, müraciət edənlərin əksəriyyətinin problemləri bələdiyyə torpaqlarının düzgün istifadə edilməməsindən qaynaqlanır:

“Əsas müraciətlər meşə fondunun torpaqlarından , odun yanacağından istifadə edə bilməklə bağlı oldu, iş istədilər.

Müəyyən cərimə edilənlər, cərimədən azad olmaq üçün müraciət ediblər. Əsas müraciətlər ondan ibarətdir ki, bələdiyyə torpaqlarından düzgün istifadə olunmur. İnsanlar məcburən meşə fondu və qoruq torpaqlarına üz tuturlar”.

Quş ovuna qadağa ilə bağlı sualları cavablandıran nazir bildirdi ki, mövsümi istisinaları çıxmaqla bu qadağa götürülməyəcək.
XS
SM
MD
LG