Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:08

Bəzi qəzetlər öz fəaliyyətlərində dönüş yaratmalıdırlar? [Video]


-


Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin durumu ilə bağlı verdiyi açıqlamaya jurnalistlər Şahvələd ÇobanoğluArif Əliyev münasibət bildiriblər.

«Bu açıqlamanı hədə kimi qəbul edirəm. Yəni, mövqeyinizi dəyişməsəniz, yenə də eyni əngəli yaşayacaqsınız. Qəzeti saxlamaq mövqeyimizi dəyişmək bahasına başa gəlsə, biz belə qəzeti çıxarmaq istəmirik. Bizə həqiqətin açıq yazıla biləcəyi bir qəzet lazımdır». – Şahvələd Çobanoğlu belə deyir.

O, «Azadlıq» qəzetinə ictimaiyyətin dəstəyinin nəticə verdiyini deyir:

«Abunə marafonu keçirdik. Özümü Marafondan Afinaya gəlib şad xəbər gətirən insana bənzədirəm. Artıq toplanmış vəsaitlərin «Azərbaycan» Nəşriyyatına verilməsi üçün danışıqlar aparmışıq. Qəzetin çıxmağı üçün razılıq almışıq. Sabahdan «Azadlıq» qəzeti çıxmalıdır. Bu, bizə olan dəstəyin nəticəsidir. Bundan sonra da bütün üsullarla qəzeti yaşatmağa çalışacağıq…».

Arif Əliyev də Əli Həsənovun açıqlamasını siyasi bəyanat sayır:

«Fərqli , tənqidi fikrə dözümsüzlük var. Fəal və aldığı informasiyanı hərəkətə çevirən dairə üçün bu qəzetlərin təsiri ,əlbəttə, böyükdür. Yayım sistemi normal qurulsaydı, təkcə «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin deyil, istənilən qəzetin tirajı indikindən qat-qat artıq olardı. Qəzetlərin bu duruma salınmasında məqsəd çap mediasını nəzarətdə saxlamaqdır. Növbəti addımın elektron mediaya olacağını düşünürəm...».

Arif Əliyevin fikrincə, qəzetləri borc mühasirəsinə salanlar onların vəziyyətdən ictimai dəstəklə çıxacaqlarını hesablamamışdılar.

«İctimai dəstəyin müxtəlif formaları var. Bu işi daim davam etdirmək lazımdır. Çünki ictimai dəstək, hökumətdən nəsə gözləməkdən daha yaxşıdır» - deyə Arif Əliyev əlavə edib.
XS
SM
MD
LG