Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 11:17

Azərbaycana vizasız gediş-gəliş mümkün ola bilər


Türkiyə İqtisadiyyat Nazirliyindən verilən siyahıya əsasən Azərbaycana vizasız gediş-gəliş mümkün olacaq.

Bunu prezident İlham Əliyev Türkiyədə baş nazir Receb Tayyib Erdoganla birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hər ölkənin öz viza siyasəti var:

“O cümlədən Azərbaycanın da. İstisna olaraq elm adamlarına, idmançılara, iş adamları, tanınmış şəxslərə, Azərbaycanla sıx bağlı olan insanlara viza rejiminin tətbiqi qaldırılacaq. Yaxın zamanda bu məsələ öz həllini tapacaq”.

3-cü müddətə prezident seçilən İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG