Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:49
Milli Məclis
Milli Məclis

Milli Məsclisdəki müzakirələrin gedişindən canlı yayım

Milli Məclisdə büdcə layihəsinin müzakirəsi davam edir. AzadlıqRadiosunun müxbiri parlament iclasının gedişindən xəbər verir.

13:59 13.11.2013
-
FƏZAİL AĞAMALI: ABEL MƏHƏRRƏMOVU 100 FAİZ DƏSTƏKLƏYİRƏM

Deputat Fəzail Ağamalı təhsillə bağlı toxunduğu məsələlərə görə, Abel Məhərrəmovu 100 faiz dəstəklədiyini bildirib.

“Mən Abel Məhərrəmovla 100-də 100 razıyam. Təhsilə daha çox vəsait ayrılmalıdır. Biz yaxşı mütəxəsis hazırlamaq istəyiriksə təhsilin maddi-texniki səviyyəsini qaldırmalıyıq, bu sahəyə ayrılan vəsaiti artırmalıyıq”.
13:50 13.11.2013
-
ABEL MƏHƏRRƏMOV: “...BİZİ ÖLÜMƏ APARACAQ”

Deputat, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış zamanı Azərbaycanda təhsilin zəif inkişaf etməsi ilə bağlı məsələlərə toxunub.

“Bununla razı deyiləm. Azərbaycanda təhsil və elm inkişaf edir. Bəzən bunu o adamlar izah edir ki, təhsil sahəsində heç nə bilmirlər. Ona görə də imkan verin ki, bir təhsil işçiləri də nəsə desin. Azərbaycanda təhsil siyasəti iki istiqamətdə gedir. Ölkə daxili tələbələr hazırlanır və xaricə tələbələr göndərilir. Yoxlanılıb ki, o göndərilən tələbələrdən hansısa universitetdə işləyir?

Göndəririk ki, o tələbələr gedib orada təcrübəni öyrənib gəlib ölkədə tətbiq etsinlər. Lakin xaricdə oxumağa gedən gəlib işləmir. Hökumət bu tələbələrə bu qədər pul ayırır. Həmin pulun hesabına texnika alıb universiteti inkişaf etdirərəm.

BDU-NUN İTİRDİYİ 15-20 MİN TƏLƏBƏ

Abel Məhərrəmov universitetin yataqxana probleminə də toxunub:

“Deyirsiniz ki, universitet niyə qabağa gedə bilmir? Mən cavab verirəm. Dünyada 150 min universitet var. 20 min top universtet arasında bizim yerimiz 602-cidir. Biz 100 balı yataqxanaya görə ala bilmirik. 15-20 min tələbə oxumaq istəyir, amma yataqxanamız yoxdur.

“YOXSA BU BİZİ ÖLÜMƏ APARACAQ”


Magistatura və doktoranturada oxuyan oğlanların hərbi xidmətdən möhlət verilməsi ilə bağlı danışan Abel Məhhərəmov qeyd edib ki, oğlanlar hərbi xidmətdən azad olunmalıdır:

“Hərbi xidmətdən azad olunması məsələsinin üzərində ciddi düşünülməlidir. Yoxsa bu bizi ölümə aparacaq”.
13:38 13.11.2013
-
“İnanıram ki, bu gün sabah İranla sərhəd keçid məntəqəsində problem aradan qalxacaq”

Bunu Milli Məclisin aqrar-siyasət komitəsinin sədri, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov deyib.

Mən dünən (noyabrın 12-də) bu məsələ ilə bağlı Azərbaycanın İrandakı səfirliyi və bu ölkənin xarici işlər nazirliyində yüksək çinli məmurla müzakirə apardım. Bu məsələ ilə bağlı ciddi iş aparılır. Ümid edirəm biz İranla dost ölkə kimi bu məsələni tez bir zamanda həll edəcəyik”.
13:34 13.11.2013
-
QƏNİRƏ PAŞAYEVA: 1-Cİ QRUP ƏLİLLƏR TƏHSİL HAQQINDAN AZAD OLUNSUN

Deputat Qənirə Paşayeva 1-ci qrup əlillər üçün təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib
.
“Bu adamların sayı o qədər də çox deyil. Onlar ödənişli təhsil qazanarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Mən 1-ci qrup gözdən əlil tanıyıram. O Turizim institutuna qəbul oldu, amma atası və özü 1-ci qrup gözdən əlil olduğunundan imkansızlıqdan vəsaiti ödəyə bilmədilər. Həmin əlil instituta getməkdən imtina edib”.

Deputatın növbəti təklifi yeni tələbə yataqxanalarının tikilməsi, buna vəsait ayrılması və sosial ipotekanın həcminin artırılması ilə bağlı olub.

“Mən demirəm sosial ipotekanın həcmi bir-neçə dəfə artırılsın, heç olmasa 10-15 milyon manat artırılsa yaxşı olar...”

Qənirə Paşayeva hepatit C virusunun müalicəsi ilə bağlı proqramın qəbul edilməsinin vacibliyini vurğulayıb.

“Bu getdikcə Azərbaycanda böyük bəlaya çevrilir. Mütəxəssislər təsdiq edir ki, 3-4 ildən sonra biz bundan böyük əziyyət çəkəcəyik. Bu sahədə ciddi addımlar atılmalıdır, burada maarifləndirilmədən tutmuş bir çox sahələri özündə əhatə edən dövlət proqramı qəbul edilməlidir”.

Davamı

XS
SM
MD
LG