Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:34

Moskvada Azərbaycan diasporunun rəhbərlərindən biri güllələnib


Foto arxiv
Foto arxiv
Moskvada Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən olan azərbaycanlı Mais Qurbanov güllələnib.

Rusiya mətbuatının məlumatına görə, hadisə noyabrın 12-si, yerli vaxtla saat 01:30 radələrində onun yaşadığı Novokosino rayonunda baş verib.

Polisinin məlumatına görə, naməlum adam onu kürək nayihəsindən güllələyib.
Faktla bağlı cinayət işi açılıb.

Rusiya Miqrantlar Federasiyasının rəhbəri Məhəmməd Əmin hücum edənlərin dörd nəfər olduğunu deyir.Mais Gurbanov isə polisə ifadəsində atəş açanın məhz qız olduğunu deyib.O hazırda xəstəxanadadır, vəziyyəti orta-ağırdır.

Millətçilik əleyhinə çıxışları ilə tanınan Mais Qurbanov internetlə radikal millətçilər tərəfindən hədələnirmiş.
XS
SM
MD
LG