Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:01

Polşanın Rusiyadakı səfəri xarici işlər nazirliyinə çağırılıb


 Wojciech Zajaczkowski
Wojciech Zajaczkowski
Polşanın Rusiyadakı səfəri Wojciech Zajaczkowski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Varşavadakı Rusiya səfirliyinin ətrafında baş verən hərc-mərclik olub.Millətçi-radikal partiyaların tərəfdarları bazar ertəsi Varşavada müstəqillik günü münasibətilə çoxminlik nümayiş keçirib.Polislə nümayişçilər arasında toqquşma olub, bir neçə polis yaralanıb, onlarla nümayişçi saxlanıb.Nümayişçilər Rusiya səfirliyinin qarşısındakı polis məntəqəsini yandırıb, səfirliyin həyətinə isə partlayıcı paketlər atıblar.Bundan başqa nümayişçilər nümayiş başlayarkən Rusiya bayrağını yandırıblar.

Hakim dairələr nümayişin qanunsuz olduğunu bəyan edib.

Moskva polisi baş verənlərə görə Polşa səfirliyinin mühavizəsini gücləndirib.
XS
SM
MD
LG