Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:46

Azərbaycan turizmi Barselonada sərgilənəcək


-
Noyabrın 19-dan 21-dək İspaniyanın Barselona şəhərində EİBTM-2013 beynəlxalq turizm sərgisi keçiriləcək.

Sərgidə Azərbaycanın turizm imkanları 51 kvadratmetrlik sahədə nümayiş etdiriləcək. Azərbaycanı sərgidə Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov təmsil edəcək.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanın ilk dəfə iştirak edəcəyi sərgidə ziyarətçilər üçün ingilis və ispan dillərində reklam-çap məhsulları hazırlanıb.

Noyabrda daha bir sərgi Polşanın paytaxtı Varşavada baş tutacaq. 2 gün davam edəcək sərgidə Azərbaycanla bağlı stend quraşdırılacaq.
XS
SM
MD
LG