Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 15:35

Kerry: «İsrail daha təcrid vəziyyətə düşə bilər»


John Kerry
-
ABŞ Dövlət katibi John Kerry cümə günü İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşüb.Bu son 2 gün ərzində dövlət katibinin onunla 3-cü görüşüdür.Danışıqlar zamanı İsrail-Fələstin sülh danışıqlarının bərpası və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Netanyahu İranla mümkün razılaşmanı tarixi səhv adlandırıb.Kerry bölgəyə səfəri zamanı bir daha İsrail-Fələstin münaqişəsinin həllinin vacibliyini qeyd edib.
O İsrail-2 televiziyasına müsahibəsində deyib ki, əgər İsrail-Fələstin münaqişəsi həll olunmasa İsrailin təcrid vəziyyətə düşməsi arta bilər.

Kerry Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton və İranın xarici işlər naziri Javad Zariflə görüşmək üçün İsraildən Cenevrəyə yollanıb.
XS
SM
MD
LG