Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:10

İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub


Catherine Ashton və Javad Zarif
Catherine Ashton və Javad Zarif
“İranla 6 dünya ölkəsi arasında Cenevrədə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub”.Bunu İran nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Javad Zarif bəyan edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun nümayəndəsi Michael Mann da görüşün müsbət ab-havada keçirildiyini bildirib.Amma o əlavə məlumat verməkdən imtina edib.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG