Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Tapılan qızılların kataloqu çap olunub


“Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları” kataloqu
“Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları” kataloqu
-
Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı qədim dövr zinət və bəzək əşyaları da aşkar olunur.

Milli Tarix Muzeyinin yaydığı xəbərə görə, arxeoloji qazıntılar nəticəsində aşkar olunub muzeyə verilmiş əşyalar barəsində kitab- kataloq çap olunub.

“Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları” adlı kataloqun elmi redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlı, mətnin müəllifi Muzeyin Xüsusi Fondunun müdiri Afət Rüstəmbəyovadır.

Kataloqda qiymətli metaldan ibarət 130 arxeoloji tapıntı barəsində məlumat verilib.
Bu əşyalar e.ə. II minillikdən b.e. XVII əsrinə qədər olan dövrü əhatə edir.

Kataloqun giriş mətnində Azərbaycanda qədimdə qızıl hasilatı, zərgərlik sənətinin texnologiyası, zərgərlik məmulatlarının arxaik formaları, torevtika ənənələri barəsində məlumat verilib.

Maraqlıdır ki, ilk dəfə təqdim olunan bütün arxeoloji əşyalar rentgen- fluoressensiya analizləri vasitələri ilə öyrənilib, nəticədə məmulatların tərkibi, düzəldilmə texnologiyası və dövrü xırdalıqlarına qədər araşdırılıb.

Kataloqda hər bir əşyanın fotoşəkli, ölçüsü, düzəldilmə texnikası, tərkibi, tapıntı yeri barəsində ətraflı məlumat verilib.

Kataloq iki dildə - azərbaycan və ingilis dillərində nəşr olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG