Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 22:47

Münhendən xəzinə tapıldı- [Fotolar]

Alman rəssamı Otto Dix-in indiyəcən sənət aləminə məlum olmayan iki rəsmi. 70 ildir itmiş sayılırdılar. Soldakı rəssamın avtoportretidir.
1/7 Alman rəssamı Otto Dix-in indiyəcən sənət aləminə məlum olmayan iki rəsmi. 70 ildir itmiş sayılırdılar. Soldakı rəssamın avtoportretidir.
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Alman rəssamı Franz Marc-ın 'Landşaftda atlar" rəsmi
2/7 Alman rəssamı Franz Marc-ın 'Landşaftda atlar" rəsmi
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Fransız rəssamı Gustave Courbet-in 'Kənd qızı və keçi" rəsmi
3/7 Fransız rəssamı Gustave Courbet-in 'Kənd qızı və keçi" rəsmi
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Alman rəssamı Ernst Ludwig Kirchner-in indiyəcən sənət aləminə məlum olmayan "Melonxolik qız" rəsmi
4/7 Alman rəssamı Ernst Ludwig Kirchner-in indiyəcən sənət aləminə məlum olmayan "Melonxolik qız" rəsmi
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Alman rəssamı Max Liebermann-ın "Çimərlikdə iki atlı" rəsmi
5/7 Alman rəssamı Max Liebermann-ın "Çimərlikdə iki atlı" rəsmi
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Fransız rəssamı Henri Matisse-in 'Əyləşmiş qadın" rəsmi
6/7 Fransız rəssamı Henri Matisse-in 'Əyləşmiş qadın" rəsmi
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Italiya rəssamı Antonio Canaletto-nun rəsmi
7/7 Italiya rəssamı Antonio Canaletto-nun rəsmi
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Öncəki slayd
Növbəti slayd
-
İndi dünya mətbuatı bu xəzinədən danışır.
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət - S.İ.) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub.
FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Pablo Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Xəzinədə modernizmin fərqli cərəyanlarına məxsus rəssamların saysız əsərlərindən başqa, Albrecht Dürerin əsərlərinin kolleksiyası, fransız rəssamlarının tabloları, hətta XV1-X1X əsr rəssamlarının işləri də var.
Xəzinə neçə onilliklərdir ki, Münhendəki Şvabinq rayonunda yerləşən bir binanın qaranlıq və zibilli mənzilində saxlanılırmış.
Mənzil Hitler dövrünün tanınmış art dileri Hildebrandt Gurlitt-in oğlu 80 yaşlı Corneliu Gurlitt-ə məxsus olub.
Hildebrandt Gurlitt Berlində muzey direktoru olub və 30-cu illərdə yəhudi keçmişinə (nənəsi yəhudi olub) görə işdən çıxarılıb.
III Reyx Gurlitt-ə modernist rəssamların əsərlərini xaricdə satmağa icazə verib.
Müharibədən sonra ata Gurlitt onda olan kolleksiyanın 1945-ci ildə Drezdenin bombardmanı zamanı məhv olduğunu bildirib.
Və daha irəli gedib: Nasistlərin əlindən qaçan kolleksiyaçı yəhudilərə kömək etdiyini bəyan edib və buna görə “repressiya qurbanı” sayılıb.
Ata Gurlitt 1956-cı ildə avtomobil qəzasında həlak olub. 1967-ci ildə onun həyat yoldaşı vəfat edib və xəzinənin taleyi oğul Gurlitt -in əlinə keçib.
İllər boyu xəzinə üstündə yaşayan Cornelius Gurlitt zaman-zaman rəsm əsərlərindən sataraq yaşamağa davam edib.
İndi onun 80 yaşı var. Alman qanunlarına görə, o həm xəzinəni gizlətməkdə, həm də vergidən yayınmaqda ittiham olunur.
C. Gurlitt təsadüfən ələ keçib. 2010-cu ildə İsveçrədən Almaniyaya qatarla qayıdarkən onun üstündə vətəndaşlıq vəsiqəsi olmayıb, əvəzində iri məbləğdə nağd pul aşkarlanıb.
Ondan şübhələnib Münhendəki evində axtarış aparıblar və xəzinə beləcə üzə çıxıb.
Əvvəlcə dövlət tapıntını gizli saxlayıb, daha sonra hər şey mətbuat vasitəsilə açıqlığa çıxıb.
Rəsm əsərlərinin toz-torpağın içində olduğu, amma yaxşı qaldığı deyilir.
This item is part of
XS
SM
MD
LG