Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:57

Əsgər ölümündə günahlandırılan həkim məhkəmə zalında həbs olunub


Eldar Novruzov (Foto: Qafqazinfo.az)
Eldar Novruzov (Foto: Qafqazinfo.az)
-
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Silahlı Qüvvələri Baş Klinik Hospitalının həkimi, tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, qərara əsasən, hökm dəyişdirilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi hökmdən xaric edilib. V. Adıgözəlov məhkəmə zalında həbs edilib.
2011-ci il sentyabrın 29-da vəfat edən əsgər Eldar Novruzovun valideynləri KİV-ə açıqlamalarında övladlarına həkim Vasif Adıgözəlov tərəfindən səhv diaqnoz qoyulduğu üçün vəfat etdiyini bildirmişdilər. V. Adıgözəlov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq olunmaqla, ona verilmiş cəza şərti hesab olunub. Bundan başqa, məhkəmə onun 500 manat məbləğində cərimə olunması barədə də qərar qəbul edib. Hökmdən narazı qalan Eldar Novruzovun ailəsi apellyasiya şikayəti verərək, V. Adıgözəlovun cəzasının ağırlaşdırılmasını istəyiblər.
Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Eldar Novruzov Mingəçevirdə “N” saylı hərbi hissədə xidmət edib. Burnunda aparılan əməliyyatdan sonra vəziyyəti ağırlaşan E. Novruzov sentyabrın 29-da Gülhanə Tibb Akademiyasına aparılarkən yolda dünyasını dəyişib.
V. Adıgözəlov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi) və 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddələri ilə ittiham edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG