Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:35

C. Həsənli məhkəmədə «Nida»-çı gənclərlə görüşüb- [Video]


"Nida"çıların məhkəməsi başladı
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

"Nida"çıların məhkəməsi başladı

.
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “NİDA” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərinin cinayət işi üzrə məhkəmə prosesində müdafiə tərəfi vəsatətlərlə çıxış edib.

Vəsatətlər cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, vəsatət təmin olunmadığı halda isə həbs qəti imkan tədbirinin ev dustaqlığı, ya da girovla əvəz olunması haqda olub.

İttiham olunanların dəmir barmaqlıqlar arxasında çıxarılıb vəkillərin yanında oturması, heç bir əsası olmayan sübutların siyahıdan çıxarılması, şahidlər siyahısına yeni şahidlərin salınması haqda da vəsatət verilib.

Müdafiə tərəfi məhkəmədə audio və video yazıya icazə verilməsi haqqında da vəsatət qaldırıb.

Vəsatətlərə növbəti məhkəmə prosesində münasibət bildiriləcək.

Növbəti məhkəmə prosesi noyabrın 14-də olacaq.

Məhkəmə qarşına «NİDA» üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadə çıxarılıb.
Məhkəmə binasının qarşısına 100-dən çox adam toplanıb.

CƏMİL HƏSƏNLİ MƏHKƏMƏDƏ GƏNCLƏRLƏ GÖRÜŞÜB
Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli də məhkəməyə gəlib. Cəmil Həsənli gənclərlə görüşdüyünü, onları yaxşı əhval-ruhiyyədə gördüyünü bildirib. O inanır ki, bu qurama, saxta ittiham ifşa olunacaq.

Cəmil Həsənli məhkəmə binasının qarşısında
Cəmil Həsənli məhkəmə binasının qarşısında
​«Mənəvi cəhətdən özlərini yaxşı hiss edirlər. Ola bilər sağlamlıq baxımından kiminsə problemi var. Özləri də hesab edirlər ki, bu qurama bir ittihamdır».

Cəmil Həsənli gənclərə qarşı irəli sürülən ittihamdan da danışıb.

«Mən onların doğum tarixinə baxdım. Doğum tarixi 1995-ci il olan adam məhkəmə qarşısında dayanıb. Nədir ki, öz Konstitusiya borcunu yerinə yetirib, aksiyada iştirak edib. Əlbəttə, bu, Molotof kokteyli o qədər köhnəlmiş ittihamdır ki. Bu vaxtilə PKK-nın arsenalında olan primitiv bir sursat olub. Tamamilə mənasız bir şeydir. O uşaqların Molotof haqqında heç təsəvvürü yoxdur, əminəm ki, ittihamı verənlə də Molotofun nə olduğunu bilmirlər. Sadəcə Azərbaycanda narkotik ittihamı o qədər kütləvi xarakter alıb ki, görünür bu uşaqları narkotika ilə şərləməyə utanıblar. Ona görə Vyaçeslav Mixayloviç Molotov yada düşüb».

*
«NİDA»-çılara qarşı «Əsgər ölümünə son» 10 mart aksiyası ərəfəsində aksiyada istifadə üçün «Molotov kokteyli» hazırlamaq ittihamı irəli sürülüb.
Bu ittihama əsasən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq dövründə isə onlara qarşı əlavə olaraq cinayət məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
«Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadə isə xuliqanlıqda ittiham olunur.
Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG