Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:22

Azərbaycan və Ermənistan prezidentləri ilin sonuna görüşə bilər


Prezidentlərin Kişinyov görüşü, 8 oktyabr 2009
Prezidentlərin Kişinyov görüşü, 8 oktyabr 2009
-
“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilin sonuna planlaşdırılır” , - bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.

Rusiyalı həmsədr bildirib ki, noyabrın 4-də Azərbaycan prezidenti ilə keçirdikləri görüşdə müzakirə olunan məsələlərdən biri də məhz prezidentlərin görüşü məsələsi olub.

Popov deyib ki, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə belə bir görüşün keçirilməsinə razılıq verib.

Popov deyib: “Həmsədrlər bu gün Yerevana yola düşəcək. Orada bu məsələ Ermənistan prezidenti Serj Sarkisianla müzakirə olunacaq. Müzakirədən sonra rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri Bakıdan başlanıb. Səfərdə məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdırmaqdır.

Səfər ərəfəsi Minsk qrupunun amerikalı həmsədri James Warlick Turan informasiya agentliyinə demişdi ki, “Qarabağ probleminin nizamlanmasında həlledici amil Serj Sarkisianla İlham Əliyevin siyasi iradə göstərməsidir”.

Prezidentlərin siyasi iradəsi, doğrudanmı belə həlledicidir?

Vəfa Quluzadə
Vəfa Quluzadə
Keçmiş Dövlət Müşaviri Vəfa Quluzadə: “Mən bu fikirlə heç cür razılaşa bilmərəm. Hazırda Cənubi Qafqazda vəziyyətlə əlaqədar böyük dövlətlərin mövqeyi həlledicidir... Rusiyanın mövqeyi...."

Azadlıq Radiosu: Bəs prezidentlərin iradəsindən nə asılıdır?

Vəfa Qulzadə: "Heç nə... Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ola bilər. Ancaq Ermənistan prezidentinin, tarix sübut edib ki, bu məsələdə siyasi iradəsi ola bilməz. Çünki onun siyasi iradəsinin yerinə Rusiyanın siyasi iradəsidir ortalıqda. Mən həmişə yada salıram, bir də xatırladım. 1992-ci ildə İranın vasitəçiliyi ilə Tehranda o vaxt Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədovla Ermənistan prezidenti Levon Ter-Petrosian Qarabağ münaqişəsinin dinc yolla həlli barədə saziş imzaladı. Bundan bir neçə saat sonra erməni birləşmələri Şuşanı işğal etdi. Bu necə ola bilər? Prezidentin öz ordusundan xəbəri yoxdur... Bu, ondan xəbər verir. Rusiyanın isə xəbəri var."

Azadlıq Radiosu: Warlick Turan informasiya agentliyinin müxbiri ilə Corctaun Universitetində konfrans başa çatandan sonra söhbət edib. ABŞ-ın, Rusiyanın və İranın Cənubi Qafqazdakı siyasətləri haqda konfransda Warlick də çıxış edib və Qarabağ məsələsinə toxunub. O deyib ki, “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Onu yaddan çıxmış münaqişə adlandırmaq daha düzgün olardı”.
Qarabağ münaqişəsi yaddan çıxıbmı?

Vəfa Quluzadə: “Yaddan çıxıb-eləməyib. Bu münaqişəni ABŞ gec-tez həll edəcək. Amma ABŞ hələlik bunda maraqlı deyil. O ki qaldı Rusiyaya, Rusiya da maraqlı deyil. Çünki Rusiya Ermənistanı və Azərbaycanı təzyiqiq altında saxlamaq istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG